Polis metroda siqaret çəkdi - Foto

img

30-07-2014 [10:38]


Bakı metrosunda baş verən daha bir özbaşınalığın fotosu yayılıb. Metroda asayişin qorunmasına nəzarət edən metro polisinin özü qayda-qanunları kobud şəkildə pozur. 

Sosial şəbəkədə paylaşılan fotoda görünür ki, polisin başının üstündə "Metroda siqaret çəkmək qəti qadağandır” yazılıb. Lakin polis bu qadağanın altında siqaret çəkir. Qeyd edək ki, metroda siqaret çəkmək təhlükəlidir və böyük yanğına səbəb ola bilər. Foto metronun "İnşaatçılar” stansiyasında çəkilib. Məsələyə aydınlıq gətirmək istədik. Bunun üçün metro polisinin rəis müavini Kamal Şirinovla əlaqə saxladıq. Lakin o bu barədə açıqlama verməkdən imtina etdi. "Məşğulam, xahiş edirəm məni narahat etməyin!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR