Ukrayna ordusu separatçıları ballistik raketlərlə vurur

img

30-07-2014 [10:09]


Ukrayna güc strukturları şərqdə gedən hərbi əməliyyatlar zamanı qısa mənzilli ballistik raketlərdən istifadə edir. 

ANS PRESS-in məlumatına görə, "CNN" telekanalı ABŞ kəşfiyyatında olan 3 mənbəyə istinadən bildirir ki, Ukrayna ordusu 454 kiloluq döyüş başlıqlı, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə edir. Bu bu günə kimi münaqişədə istifadə edilən ən dağıdıcı silahdır.

Məlumatda, istifadə olunan raketlərin hara düşdüyü və nə kimi ziyan verdiyi bildirilməyib. "ABŞ kəşfiyyatı əlbətdəki, bu cür raketlərin atışını isbat edəcək şəkilləri göstərməyəcək. Çünki ukraynalılar pis uşaqlar deyil" - deyə kanal mənbələrdən birinin sitatını önə çıxarıb. Digər mənbə raketlərin atışını "münaqişənin genişləndirilməsi” kimi qiymətləndirsə də, "ukraynalıların özlərini qorumaq hüququ var” deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR