Məşhur futbolçunun atası qaçırıldı

img

30-07-2014 [10:04]


Argentinalı futbolçu Karlos Tevezin atası oğurlanıb. 

Məlumata görə, futbolçunun atasının evinə girən naməlum şəxslər Juan Alberto Kabralı qaçırıblar. 

Səhər saatlarında baş verən hadisə zamanı evdə Kabraldan başqa heç kim olmayıb. Oğrular Tevezin ailəsindən girov müqabilində pul tələb ediblər. 

Məlumata görə, qarətçilər öncə Tevezin atasını soymaq istəyiblər. Lakin sonradan onun məşhur futbolçu ilə əlaqəsini biliblər. Bundan sonra onu qaçırmaq qərarına gəliblər. 

Buenos-Ayres polisi də oğurluq faktını təsdiqləyib. Polislər ölkədə axtarış əməliyyatlarına başlayıb. 
Bu xəbəri eşidən Tevez dərhal Argentinaya yollanıb(anspress). 

Digər xəbərlər
SON XƏBƏRLƏR