Bakıda ata oğulluğunu öldürdü

img

30-07-2014 [09:59]


Xəzər rayonu, Buzovna qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.


AzNews.az-ın xəbərinə görə, atalıq oğulluğunu bıçaqlayıb. Nəticədə Samir adlı şəxs hadisə yerindəcə dünyasını dəyişib. Sakinlərin əməkdaşımıza verdiyi məlumata görə, qətli törədən şəxs qaçıb gizlənməyə müvəffəq olub.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarənin 2-ci bölməsindən faktı təsdiqləyiblər. Məlum olub ki, oğulluğunu öldürən şəxs qaçıb gizlənməyə cəhd göstərsə də, onu saxlamaq mümkün olub. Hələlik onun adı açıqlanmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR