Prezidentin əmisi oğlu öldürüldü

img

29-07-2014 [18:17]


Əfqanıstanda növbəti terror aktı törədilib. 

ANS PRESS-in "France Presse"ə istinadən verdiyi məlumata görə, terror hadisəsi Qəndəharda baş verib. 

Kamikadze hücumu nəticəsində Əfqanıstan prezidenti Həmid Kərzainin əmisi oğlu ölüb. 

"Terrorçu kamikadze qonaq qismində Haşmat Kərzainin evinə gəlib. O, Kərzainin bayramını təbrik etmək adı ilə gəlib. Terrorçu onu qucaqlayanda partlayıcı qurğu işə düşüb", deyə Qəndahar qubernatoru Dava Xan Minapal deyib.

Məlumata görə, hadisə nəticəsində Kərzaidən başqa ölən və ya yaralanan olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub