Şərqin təbii viaqrası - Qoci nələrə köməkdir?

img

29-07-2014 [10:58]


Qoci giləmeyvəsi bütün dünyada ən qiymətli dərman bitkilərindən biri hesab edilir. Onun tərkibi kalsium, sink, dəmir, fosfor, qidalandırıcı maddələr, vitaminlər və  digər faydalı komponentlərlə zəngindir. Tibet və Himalayın dağlıq  ərazilərində yetişən bu giləmeyvə möcüzə yaratmağa qadirdir.

Bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında yorulmadan danışmaq olar. Hətta bu yaxınlarda alimlər sübut etmişlər ki, bu giləmeyvənin tərkibindəki maddələr xərçəng hüceyrələri ilə mübarizədə köməkçi vasitə rolunu oynayır.

Araşdırmalar göstərir ki, bu giləmeyvədən mütəmadi istifadə edənlərin xərcəng, diabet, Alseymer xəstəliyinə yoluxma riski olduqca aşağıdır. Bundan başqa, giləmeyvə ürək-damar sisteminə yaxşı təsir göstərir.

Qocinin ətrafındakı ajiotaj səbəbsiz deyil. Belə ki, onun tərkibindı 21 mineral, 18 amin turşusu vardır ki, onların 7-si insan orqanizmi tərəfindən ümumiyyətlə, istehsal edilmir. Qocinin tərkibində В1, В2, B6 və  Е vitamini var. Onun tərkibində С vitamini isə portağaldan 500 dəfə çoxdur. Dəmirin miqdarına görə isə qoci ispanağı kölgədə qoyur. Belə ki, qocidə dəmirin miqdarı ispanaqla müqayisədə 15 dəfə çoxdir.

goj

Alimlər müəyyən ediblər ki, qocidə 4 əvəzedilməz və çox lazımlı  polisaxarid (LBP-1, LBP-2, LBP-3, LBP-4) mövcuddur ki, bunlar hələlik başqa qida məhsulunda aşkarlanmayıb. Deməli, bu giləmeyvə təbiətdən insanlara bəxş olunan əsl möcüzədir.

Həkim X.Vunun 2006-cı ildə Yaponiyada apardığı araşdırmadan məlumdur ki, qocinin şirəsində DNK-nın strukturunda dağılmış molekulu bərpa edən güc var. Təsadüfi deyil ki, Himalayda insanlar 100-130 il yaşayırlar. Çinlilər qocidən istifadə edən və 252 il (1678-1930) ömür sürən Li Ken Yenin həyatı haqqında danışmağı sevirlər.

Ümumdünya Səhiyyə Təşkilatı da Çin həkimlərinin qoci ilə bağlı iddialarını təsdiq ediblər. İnsan orqanizmini cavanlaşdıran qoci artıq çəki probleminin öhdəsindən çox məharətlə gəlir. "Uzunömürlülük və gözəllik” giləmeyvəsi piy hüceyrələrini darmadağın edir. Bu da XXI əsrin bəlası olan köklüklə mübarizədə önəmli faktordur.

Qocinin müalicəvi təsiri haqqında ilk dəfə dünya mətbuatında məlumat 2004-cü ildə dərc edilib. Həmin il Avstraliyanın "Bazar" jurnalında giləmeyvənin antisellülit əhəmiyyətindən bəhs edən məqalə dərc edilmişdir. 2005-ci ildə iyulunda Amerikanın "Los Angeles Times" qəzetində dərc edilən məqalədə qeyd olunurdu ki, gün ərzində bir xörək qaşığı bu giləmeyvədən yeyən insan orqanizmi faydalı və lazımlı vitaminlərlə təhciz etmiş olur, xərçəngdən mühafizə olunur.

Çinlilər qocini xoşbəxtlik giləmeyvəsi hesab edirlər. Onların inanclarına görə, o xiffəti və qüssəni dağıdır. Şərqdə onu "izdivac şərab”ı da adlandırırlar. Bu da təsadüfi deyil. Sən demə, qoci potensiyanı yüksəldir, spermatozoidlərin ifrazını yaxşılaşdırır, sürətləndirir. Başqa sözlə desək qoci təbii viaqradır.

Qocinin faydalı xüsusiyyətləri

Bu giləmeyvə bir çox  xəstəliklərlə mübarizədə istifadə edilir. Çünki bu bitki geniş spektrli təsir mexanizminə malikdir. Beləliklə, qocinin  müntəzəm istifadəsinin yardım etdiyi sahələri açıqlayırıq:

Əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanı aradan qaldırır;

Çəkinin azaldılmasına təsir göstərir;

Qadın və kişilərdə potensiyanı artırır;

Maddələr mübadiləsini yaxşılaşdırır;

Dərinin elastikliyini artır;

Yuxunun möhkəmlənməsinə xidmət edir, yuxusuzluğun müalicəsində istifadə edilir;

Menopauza dövrünün mənfi nəticələrini aradan qaldırır;

Melatoninin səviyyəsini yaxşılaşdırır;

Dözümlülük və gücün artırılmasında əhəmiyyətli rol oynayır;

Qanda şəkərin səviyyəsini azaldır.

Qocinin müalicəvi təsiri

Bütün sadalanan xüsusiyyətləri sayəsində bu giləmeyvəyə maraq artmaqdadır.  Məsələn, hazırda Hollivud ulduzları qocinin cavanlaşdırıcı xassələrindən istifadə edirlər. İdmançılar gücünü bərpa etmək üçün onu rasiona əlavə edirlər.

Giləmeyvə tərkibindəki tiosiantam və qlikozinlatam maddələri sayəsində şiş əleyhinə təsir göstərir. Bu maddələr qaraciyərdən toksinləri xaric edirlər. Hormonal tarazlığı bərpa edir, bu, xüsusilə, ekoloji baxımdan çirkli şəhərlərdə yaşayan şəxslər üçün aktualdır. Giləmeyvə sidik kanalının funksiyasını bərpa edir, sinir sistemini yaxşılaşdırır.

Qocinin ən effektli təsiri onun arıqlamağa göstərdiyi inanılmaz faydasıdır. Onun arıqlama prosesinə hansı formada dəstək verdiyini daha aydın izah etmək məqsədilə giləmeyvənin xüsisiyyətlərini daha dərindən tədqiqinə nəzər salaq.

Arıqlamaq məqsədilə qocinin istifadə edilməsi

Bu giləmeyvədən müntəzəm istifadə edildikdə arıqlama prosesinə təsiri inanılmaz dərəcədə yüksək olur. Çünki bu giləmeyvə maddələr mübadiləsini, qan dövranının yaxşılaşdırır, qanda zərərli xolesterinin səviyyəsinin endirir. Qanda şəkərin səviyyəsini normada saxlayır.

Bundan başqa, müntəzəm istifadə edildikdə  metabolizma prosesini yaxşılaşdırır. Tərkibindəki antioksidantlar isə  piy hüceyrələrinin dağılmasını sürətləndirir və orqanizmi qüvvə və enerji ilə təmin edir. Bunun sayəsində insan daha dözümlü olur. Məhz bu baxımdan idmanla məşğul insanların bu giləmeyvədən müntəzəm istifadə etməsi tövsiyə olunur.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, giləmeyvənin tərkibindəkı antioksidantların kütləsi həddindən ziyadə çoxdur. Bu da arıqlama prosesinə güclü təsir edir. Müqayisə üçün qeyd edək ki,  qocinin tərkibində antioksidantlar qaragiləyə nisbətən 25 faiz, qəni 2,5 dəfə çoxdur. Çiyələk və mərsin isə qocidən 10 dəfə geri qalır.

Müntəzəm istifadə edildikdə qocinin arıqlamaya təsiri inanılmazdır. Unutmayın ki, qocinin rasiona daxil edənlər nəinki incə belə, gözəl bədən quruluşuna sahib olurlar, həm də daxili orqanların funksiyalarını yaxşılaşdırırlar ki, bununla da sağlam və parıltılı dəriləri ilə öyünə bilirlər.

Diyetoloqlar gün ərzində rasioana 20-30 qram bu giləmeyvədən daxil etməyi tövsiyə edir.  Türşməzə dadı olan gilmeyvə saqqız kimidir. Teksturasına görə üzümə bənzəyir. Onu müxtəlif xörəklərə, meyvə salatlarına, suplara, düyüyə, çaya əlavə etmək olar. Qocinin yeməkdən zövq alacağınıza əmin olun!

Diyetoloqlar tərkibində qoci olan pəhrizlər də tərtib ediblər və tövsiyə edirlər ki, arıqlamaq istəyənlər məhz sistemli pəhrizlərdən istidaə etsinlər.

Qoci üçün yaş və cins məhdudiyyəti yoxdur. Ən əsası onun allergiyaya səbəb olması ilə bağlı heç bir məlumat yoxdir. Yalnız süd verən analara, hamilə qadınlara və bədən temperaturu 38 dərəcədən yüksək olanlara əks göstərişdir.

Onu da qeyd edək ki, giləmeyvə Azərbaycandan çox uzaqlarda yetişdirilsə də, ölkəmizə idxal olunur. Amma qiyməti bahadır. Belə ki, 227 qram qurudulmuş qocinin qiyməti 25 manatdır(Tabloid).


Digər xəbərlər
SON XƏBƏRLƏR