Saakaşvili ittihamı rədd etdi - VİDEO

img

29-07-2014 [01:12]


Gürcüstan rəhbərliyi ölkənin sabiq prezidenti Mixail Saakaşvilini cinayət törətməkdə ittiham edib. Saakaşvili bir qədər əvvəl siyasi rəqiblərinə qarşı aparılan istintaqa cəlb olunmaqdan boyun qaçırmışdı. Rəsmilər Saakaşvilini 2007-ci ildə hökumətə qarşı keçirilən etiraz aksiyalarını qanunsuz şəkildə dağıtmaqda, televiziya şirkətinin yayımına müdaxilə etməkdə və iş adamanın mülkiyyətini ələ keçirməkdə ittiham edirlər. Sabiq dövlət başçısı "Facebook” səhifəsində ona qarşı sürülən ittihamları rədd edib və bütün ittihamların siyasi motivli olduğunu deyib.

ANS TV-nin Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın sabiq prezidenti barəsində cinayət işinin qaldırılması barədə məlumat ölkənin Baş Prokurorluğu tərəfindən yayılıb. 





Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR