Ermənilər yenidən Əlibəyliyə atəş açdı, ordumuz susdurdu

img

29-07-2014 [00:11]


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. 


Yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. 

Sakinlər bildirir ki, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur. 

***

Aldığımız son məlumata görə, hazırda Tovuzun digər sərhəd kəndi olan Ağdam da erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulur. Ara-sıra ordumuz tərəfindən cavab atəşi açılsa da ermənilər buna məhəl qoymurlar. 

Atışma bu dəqiqələrdə də davam edir.

***

Musavat.com-un verdiyi son məlumata görə, hazırda Əlibəyli kəndində sakitlikdir. Düşmən cavab atəşilə susdurulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR