Məşhur müğənninin ansambl üzvü qətl edildi - FOTO

img

28-07-2014 [22:07]


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin ansamblında skripka çalan Hacı Çiçək öldürülüb.

ANS PRESS-in məlumatına görə, Hacı Çiçəyin öldürüldüyü davada 12 nəfər yaralanıb. 20 nəfər isə həbs olunub. 

Adıyamanda baş verən dava qohum arasında baş verib. Qız qaçırma üstündə başlanan davada tapança, bıçaq, daş və dəyənəkdən istifadə olunub. 

Davanın miqyası o qədər böyük olub ki, polis aranı sakitləşdirmək üçün qaz bombalarından istifadə edib. 

Hacı Çiçək aldığı yaradan dünyasını dəyişib. Xəstəxanada həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR