Göygöldə 120 nəfər 1 nəfərə qarşı - Mədəniyyət və Turizm Şöbəsindən məktub

img

28-07-2014 [20:29]


Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi həmin şöbədə yaxın günlərə qədər məsləhətçi işləmiş Şahin Məmmədovun şikayətləri ilə bağlı Mia.az-a məktub göndəriblər.

 Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin   kollektivi,  Mədəniyyət     işçiləri Həmkarlar İttifaqının Göygöl rayon Komitəsinin üzvləri yazıblar ki, onlar 25 iyul 2014-cü il tarixdə iclas keçiriblər həmin iclasda da KİV-ə müraciət qəbul olunub. Şahin Məmmədovun şikayətlərindən biri Mia.az-da yayımlandığından şöbə həmin müraciətin bir nüsxəsini də Mia.az göndərib.  

 Mia.az həmin müraciəti təqdim edir:

 «Biz, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin bütün kollektivi Sizə müraciət edərək bildiririk:

 2011-ci ildən bizim şöbədə məsləhətçi vəzifəsində işləyən Şahin Məmmədov əslinədə ziyalı adından uzaq , kitabları əzbərləyərək "ali təhsil” almış robortdan başqa bir şey deyildir. Kollektivdə qalmaqal, narazılıq salmaqla işçiləri, xüsusən qadınları təhqir  etməklə işini bitmiş hesab edirdi. O, özündən razı, eqoist biri olmaqla , vəzifə səlahiyyətlərini aşaraq, işçilərə qışqıraraq "mənim buna səlahiyyətim çatır” deyirdi. Əmək funksiyalarını yerinə yetirmir, icra intizamına riayət etmir, etik davranış qaydalarını kobudcasına pozur, Azərbaycan Respublikası Prezidentinə  və müxtəlif dövlət orqanlarına şöbənin fəaliyyəti haqqında  böhtan xarakterli ərizələr yazmaqla, Mədəniyyət və Turizm Nazirliyinin  və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin  nüfuzuna mənfi təsir göstərirdi. 

Bütün kollektiv onun doğru yolda olmadığını başa salmağa çalışsa da, onu düz yola çəksə də, Şahin Məmmədov öz yolundan dönmədi. Nəhayət, kollektiv onun işdən azad edilməsi haqqında cənab Nazirə müraciət etdi.               

 Hörmətli media nümayəndələri!  Sizə müraciət edirik: belə bir xarakterə malik adamın boş yalanlarına inanmamağınızı xahiş edirik . Siz hər halda bir nəfərə deyil kollektivə inanarsınız.        

Göygöl rayon Mədəniyyət və

Turizm şöbəsinin bir qrup işçiləri:                                            120 nəfər

 Göygöl rayon Mədəniyyət İşçiləri

Həmkarlar komitəsinin sədr müavini:                                        G.İmanova.

 Rayon Mədəniyyət Məkəzinin direktoru:                                  A.Qurbanov

 A.Şəmşir adına uşaq musiqi məktəbinin direktoru:                  N.Quliyeva.

 H.Əliyev mərkəzinin direktoru                                                   A.Mehdiyev

 Tarix diyarşünaslıq muzeyinin direktoru                                   R.İbrahimova

 MKS-nin  direktoru:                                                           İ.Əliyeva.

 3 saylı şəhər klubunun müdiri:                                                   A.Əliyev.

 2 saylı şəhər klubunun müdiri:                                                   R.Cəfərov.

 H.Əliyev Mərkəzinin işçiləri:                                                       S.Quliyeva

 "----------------------"                                                               S.Ağakişiyeva.

 "----------------------"                                                              X.Həsənova

"----------------------"                                                              Ş.Məmmədova

 "----------------------"                                                               S.Mehdiyeva.

 "----------------------"                                                                R.Namazova

 və s.  işçilər».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR