Diplomatdan media kapitanlarına tövsiyyə - Qüdsi Osmanov yazdı

img

27-07-2014 [20:59]


Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov yeni məlumat yayıb.

Mia.az diplomatın Facebook-da yayılan həmin məlumatını oldugu kimi təqdim edir:

"Bu gün vesti.az saytında "ГЛАВРЕД КАНАЛА РБК В ПРЯМОМ ЭФИРЕ ОСКОРБИЛ ЗРИТЕЛЕЙ И ЗАМГЛАВЫ АДМИНИСТРАЦИИ ПРЕЗИДЕНТА АЗЕРБАЙДЖАНА" adlı məqaləyə rast gəldim. Bir neçə gündür ki, bu movzunu hər iki ölkənin mediasında izləyirəm. 

Birinci, demək istəyirəm ki, Rusiyanın nüfuzlu kanallarından biri olan RBK-da Azərbaycana qarşı belə bir təxribatın yayımlanması yolverilməzdir. Bu kanalda separatçı rejimin nümayəndələrinə söz vermək belə, düzgün deyil və kanalın buraxdığı ciddi səhvdir. İqtisadiyyat siyasətin bir hissəsidir və nə fərqi var - istər iqtisadiyyat, istər mədəniyyət, istər də təhsil - sonda bu hamısı separatçı rejimin fəaliyyətindən bəhs edir. 
Novruz Məmmədov isə Andrey Reutun qeyd etdiyi kimi veriliş ilə bağlı replika yox, bizim bu verilişə və kanalın buraxdığı səhvə mövqe bildirib. Əslində replika ilə bizim yüksək səviyyəli məmur deyil, kanalın nümayəndələri çıxış edirler. Vladimir Jirinovskinin isə RBK-nin verlişindən sonra "Rossiya 24" kanalında Azərbaycan və Rusiya-Azərbaycan münasibətləri barədə bildirdiyi fikirləri RBK-nin səhvini düzəltmək üçün Rusiya tərəfinin mövqeyini göstərir. Bu dəfə ona halaldır. 

Şübhəsizdir ki, Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi - Azərbaycan regionda lider dovlətdir və bütün sahələrdə inkisaf edir, dunya dövlətlərinin bizimlə əməkdaşlıq marağı gündən günə artır. Birmənalı dövlətimizin inkişafi və təhlükəsizliyinin təmin olunması güclü Lidermiz - Dövlət başçısı İlham Əliyevin nailiyyətidir. Dünən doğma Azərbaycanımızın inkisafinı inkar edənlər, bugün bunu etiraf etməyə məcburdular. Düşünürəm ki, Novruz Məmmədov bizim mövqeyimizi bildirməsəydi, Vladimir Jirinovski də "Rossiya -24" kanalında bu mövqeden çıxış etməzdi. 

Azərbaycan Rusiya ilə hər zaman münasibətlərində açıq və isti siyasət aparır. Bu gün Rusiya üçün də bu münasibətlər çox aktualdır. Hesab edirəm ki, həm Azərbaycan media nümayəndələri, həm də Rusiya media nümayəndələri münasibətlərin qorunub saxlanılması üçün şərh və yazılarında ehtiyatli olmalıdırlar. Çünki bizim münasibətlərin əks marağında olanlar da çoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR