26-07-2014 [20:01]
"İyulun 27-si Ramazan ayının sonuncu günüdür. Sabah oruc tutulacaq. Ayın təzələnməsi sabahdır, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır”.
Bunu açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov dedi.
N.Hüseynov ayın təzələnməsini və bayram günün müəyyən edilməsinin çox asan olduğunu söylədi: "Ayın təzələnməsini geniş şəkildə araşdırmaq, hesablamaq lazım deyil. Kompyuterləşdirilmiş sistemdir, proqram qurulub, bir düymə ilə ayın təzələnməsini hesablanır”.
Rəsədxananın hesablamalarına görə bayramın iyulun 28-nə düşdüyünü deyən N.Hüseynov QMİ-nin belə bir qərar verməsini səbəbini bilmədiyini dedi: "Qafqaz Müsəlmanları İdarəsinin bayram namazını 29-na salmasının səbəbini bilmirəm. Bunu Qafqaz Müsəlmanları İdarəsindən soruşmaq lazımdır”.
Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi rəylə bayram günü müəyyən edilir. Lakin QMİ buna əsaslanmayıb.
"Bildiyim qədəri ilə bayram namazı ilə bağlı qərar fətva ilə verildiyindən bizim rəy nəzərə alınmayıb. Bu şəkildə hesablanarsa, orucluq ayı 31 gün olur. Belə olması isə mümkün deyil. Ramazan ayı adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın təzələnməsinə görə hesablanır və bu gün də 28-nə düşür. Ancaq niyə belə edirlər, bu ayrı mövzudur”- deyə N.Hüseynov qeyd etdi.
N.Hüseynov bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarsəindəki görüşləri haqda da məlumat verdi: "Bir neçə ilə əvvəl bizi idarəyə dəvət etmişdilər. Fikirlərimiz öyrənildi. Bayramın başlanılması və qurtarması ilə bağlı fikir bildirdik. Bizim də rəy bildirdiyimiz şəkildə bayram günü elan olundu. Amma sonradan bu qərar dəyişdirildi. Elə oldu ki, həmin il 31 gün oldu. Bayram günü bizdə İranla üst-üstə düşür. Bunun səbəbini isə deyə bilmərəm”.
Xatırladaq ki, QMİ ayın təzələnməsini və bayram namazının vaxtını Şamaxı Rəsədxanası və Elmlər Akademiyasının rəyinə əsasən elan edir. Bu mətbuat vasitəsi ilə QMİ üzvləri tərəfindən bir neçə dəfə bəyan edilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mətbuata açıqlamasında bunları demişdi: "Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük”.
Azərbaycanda Ramazan bayramının vaxtı ilə bağlı artıq neçənci dəfədir ki, hər il mübahisə yaranır. Mübahisənin tərəfləri isə bayramı Şeyxin idarəsinin təyin etdiyi vaxtda qeyd etmək istəməyən dindarlar, Şamaxı Rəsədxanası (adı elmi müəssisə olan rəsədxana son illər ancaq bu cür dini mübahisələrdə tərəf kimi yer alır) və Qafqaz Müsəlmanları İdarəsidir(virtualaz.org)
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib