Kəmaləddin Heydərovun kadrını təftiş edirlər - İcra başçısı əndişə içindədir

img

26-07-2014 [17:33]


Maliyyə Nazirliyi Salyan rayonunda dövlət maliyyə vəsaitlərindən istifadənin miqyaslı yoxlanmasına başlayıb. Yoxlama bu həftə başlayıb və 40 gün davam edəcək. 

Bu barədə Turan-a məlumatlı mənbələrdən məlum olub. Rayon İcra Hakimiyyətindən və Maliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.

Əsasən son üç ildə, Salyan Rayon İcra Hakimiyyətinin indiki başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə təşkilatlarının fəaliyyəti yoxlanılır.

Xatırladaq ki, ötən il "Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov rayondakı korrupsiya faktları, qeyri-şəffaf tenderlər, büdcə vəsaitlərinin mənimsənilməsi barədə prezident İlham Əliyevə açıq məktub yazmışdı.

Bundan sonra rayonda ona təzyiqlər başlayıb. Apreldə o, pul almaq kimi uydurma ittihamla həbs edilib. Rayon məmurları onun üzünə yalançı şahidlik ediblər.

E.Məmmədovun məhkəmə prosesi iyulun 31-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlayacaq.

Mia.az-a verilən məlumata görə, Tahir Kərimov nazir Kəmaləddin Heydərovun kadrıdır. O, məhz sözgedən nazirin təqdimatı ilə balıq biznesindən YAP-a transfer etdikdən sonra, icra başçısı vəzifəsinə keçid edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR