Yanaraq ölən redaktora qarşı daha bir zorlama ittihamı

img

26-07-2014 [13:36]


Bir müddət əvvəl barəsində polisə şikayət ərizəsi daxil olan seksual-manyak redaktorun daha bir qurbanı üzə çıxıb.

Binəqədi rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, aprelin 25-də qaldığı evdə yanaraq ölən "Mizan-Tərəzi” qəzetinin redaktoru Sadiq Soltanovun daha bir qadını zorladığı haqqında iyulun 23-də polisə şikayət ərizəsi daxil olub.

Şikayət ərizəsində Binəqədi rayonunun 17 yaşlı sakini Nəsibə Həsənovanın (ad şərtidir) martın 4-də Ağcabədi rayonunda S.Soltanov tərəfindən zorlandığı iddia edilir.

N. Həsənovanın sözlərinə görə, o, iş axtarırmış. S. Soltanov isə ona özünün üçüncü müavini edəcəyini söz verib. N. Həsənovanın atası xəstədir, anası isə evdar qadındır. Yaxşı maaş söz verən redaktor ilk iş günündə onunla birgə Ağcabədiyə ezamiyyətə gedib. Onların yanında daha 3 nəfər də olub. Gecə S. Soltanov qızın otağına girərək ona təcavüz edib.

Qeyd edək ki, S.Soltanovun ölümündən əvvəl onun digər işçisi polisə müraciət edərək cinsi təcavüzə məruz qalması barədə barədə məlumat vermişdi. Bundan sonra S.Soltanov Suraxanı rayonunda dostunun evində müəmmalı şəkildə yanaraq ölmüşdü.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR