İlham Əliyev fərman verdi, nazirlərin nəzarəti artdı

img

26-07-2014 [13:33]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, yeni fərman "Qrant haqqında" qanunda dəyişikliklə bağlıdır.

Fərmana əsasən, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin 2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirəcək. Bundan əlavə, həmin qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR