Tanınmış aktrisa vəfat etdi

img

25-07-2014 [19:56]


Türkiyənin tanınmış aktrisası Çolpan İlhan vəfat edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış aktrisası Çolpan İlhan 78 yaşında ürək çatışmazlığından vəfat edib.

1936-cı ildə İzmirdə anadan olan aktrisa 21 yaşında ilk ifasını uğurla həyata keçirib. O, ümumilikdə 300-dən çox rol ifa edərək qardaş ölkənin kino və teatr sənətinin inkişafına böyük töhfələr verib.

Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən 1998-ci ildə "Dövlət sənətçisi” fəxri adına layiq görülən Ç.İlhanın vəfatı bütünlükdə türk dünyası üçün böyük itkidir.

Türkiyə mediası aktrisanın vəfatından böyük bir hüznlə bəhs edir. Ölkənin tanınmış ziyalıları, elm və sənət adamları, kino və teatrsevərlər sosial şəbəkələrdə Ç.İlhan barədə xatirələrini bölüşür, onun yaradıcılığı ilə bağlı fikir və mülahizələrini paylaşırlar.










Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR