Eldar Əzizov Sumqayıtda qazanc üçün yol kəsənlərə göz yumur

img

25-07-2014 [19:02]


İş adamının pulunu artırmaq üçün atdığı addım kimlərisə tapdayacaq. Sumqayıt şəhərində tikilən yeni mağaza sakinlər üçün gələcək problemdən xəbər verir. 17-ci mikrorayonda aparılan işlər sakinlərdə belə bir qənaət formalaşdırıb. Oxucular yazır ki, mikrorayonun 62-ci binasının qarşısında market tikilir. Marketin divarları o qədər qabağa çəkilib ki, düz maşın yoluna dirənir. Mağaza tikildikdən sonra onun qarşısında pilləkən də qurmaq lazım gələcək.

Bundan başqa, mağazaya mal gətirən maşınların da orada dayanacağını nəzərə alsaq, insanların gediş-gəliş yolu tamamən qapanacaq. Maraqlıdır, görəsən, Sumqayıt şəhərinin müvafiq qurumları belə hallara niyə biganə yanaşırlar? Özbaşına daşı daş üstə qoymağın mümkün olmadığı bir şəhərdə bu hala kim icazə verib?

Məsələ ilə bağlı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi ilə gün ərzində əlaqə saxlamağa cəhd etsək də, telefonlara cavab verən olmadı. Əlaqədar qurumların rəsmi mövqeyini öyrənməyə çalışacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub