Xaləddinin İsgəndərov “ağac soyqırımı“na göz yumur – Fotolar

img

25-07-2014 [17:49]


Binəqədidə yaşıllığın məhv edilməsi, ağacların kəsilməsi davam edir. Rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların əlindən isə bunun qarşılığında heç nə gəlmir.

Bir neçə gün əvvəl Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 10 saylı binanın həyətində ağacların kəsilərək yerində ticarət obyektinin tikilməsi haqda xəbər vermişdik. Dünən- iyulun 24-də və tikinti başlayan günlərdə çəkilən fotolara baxdıqda aydın olur ki, budanan ağaclar artıq yoxdur. Hasarlanmış əraziyə salınan ağaclar əvvəl budanıb, sonra da kəsilib.
İyulun 19-da "Yeni Müsavat” qəzetində yer alan məlumatda isə ərazidə bina tikdirən şəxsin biznesmen Qasımova Aidə Akif qızı olduğu qeyd edilmişdi. Məlumatda bildirilirdi ki, tikinti Bakı meriyasının icazəsi ilə biznesmen Aidə Qasımovanın adına olan "Arxin-M LTD” MMC-yə tapşırılıb.
"Arxin-M LTD” MMC-nin direktoru Niftalı Abbasov virtualaz.org saytına açıqlamasında qeyd edilən ərazidə tikinti aparmadıqlarını dedi. "Siz qeyd etdiyiniz ərazidə bizim şirkət tərəfindən tikinti aparılmır. Əvvəlcə razılaşma olsa da bu iş sona qədər görülmədi. Hazırda bizim şirkət tikintini həyata keçirmir. Yazılanlar doğru deyil” – deyə şirkət direktoru N.Abbasov bildirdi.
Sakinlər isə ağacların göz görə-görə kəsilməsinin şahidi olandan sonra nə edəcəklərini bilmirlər. Onlar bununla bağlı aidiyyəti orqanlara şikayət etsələr də şikayətlərinə baxan yoxdur. Sonda sizə iyulun təqdim edəcəyimiz fotolarda (14-də və 24-də çəkilmiş) ərazinin əvvəlki və indiki vəziyyətini necə olduğunu görmək mümkündür(Bizimxeber.az).




Digər xəbərlər
SON XƏBƏRLƏR