Jurnalistlər Hacıyevi baykot etdi, pərtlik yarandı - FOTO

img

24-07-2014 [21:54]


Jurnalistlər "Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin Sloveniyada keçirdiyi mətbuat konfransına maraq göstərməyib. 

Bu barədə "Koper” klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, matça akkreditasiya almaq üçün kluba 40 KİV nümayəndəsi müraciət etsə də, oyunöncəsi mətbuat konfransında çox az jurnalist iştirak edib. Belə ki, rəqib baş məşqçi Rodolfo Vanolinin mətbuat konfransında 4 nəfər jurnalist iştirak etsə də, Hacıyevin çıxışına ancaq Bakı klubunun rəsmi saytının bir əməkdaşı qulaq asıb.

Qeyd edək ki, bu gün "Neftçi” Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Sloveniya klubu "Koper”lə qarşılaşacaq(fanat.az).

Mia.az onu da bildirir ki, Bakıda bu komandaların görüşündən sonra Hacıyevin oğlu kurnalistlərdən birinə hücum edərək, onu döyməyə cəhd etmişdi. İndisə o, xaricdə pərt vəziyyətə düşməklə, jurnalistlərə nə qədər ehtiyac duyulduğuna yəqin əmin olar 


Digər xəbərlər
SON XƏBƏRLƏR