Əli İnsanovun düşməninin klinikası bağlandı

img

24-07-2014 [13:48]



Bakıda fəaliyyət göstərən daha bir klinika bağlanıb.

Mia.az Movqe.az-a istinadən xəbər verir ki, bir neçə gündür qapısına qıfıl vurulan klinika paytaxtakı "Lanset cərrahlıq klinikası”dır.

Məlumata görə, klinikaya Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti başa çatdığından klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib. Mənbənin verdiyi xəbərə görə, klinikaya verilən lisenziya müddətinin uzadılıb-uzadılmayacağı isə hələki sual altındadır. Çünki, klinikanın külli miqdarda borcu varr. Xatırladaq ki, ötən il "Lanset cərrahlıq klinikası” Dövlət Miqrasiya Xidmətinin məhkəmə iddiası ilə 30 min manat məbləğində cərimələnmişdi. 

Buna səbəb klinikanın keçmiş həkimi, Qazaxıstan vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı Vaqif Tanrıverdiyevin "Lanset”ə gəlməsi göstərilib. Mənbə Fərman Ceyranovun hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda eyni adlı cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini söyləyiblər. Movqe.az klinikanın baş həkimi Fərman Ceyranovla əlaqə saxlayaraq klinikanın bağlanması xəbərini dəqiqləşdirib. 

F. Ceyranov bildirib ki, yaxın vaxtlarda klinikanın fəaliyyəti yenidən bərpa olunacaq: "Klinikanın lisenziya müddəti başa çatıb. Bizdə hələki Səhiyyə Nazirliyindən cavab gözləyirik. Çox güman ki, bir həftəyə klinika fəaliyyətini bərpa edəcək". 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin saytında "Lanset Cərrahlıq Klinikası” MMC-nin 25931 seriyalı lisenziyasının bu ilin iyul ayının 14-də başa çatdığı qeyd olunub.

Mia.az onu da qeyd edir ki, Fərman Ceyranov sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovla düşmən münasibətdədir. Belə ki, Əli İnsanov nazir olduğu dövrdə onu vəzifəsindən azad etmişdi. F.Ceyranov isə məhkəməyə müraciət edib, işinə bərpa olunsa da, keçmiş nazir son anadək məhkəmə qərarlna da məhəl qoymamışdı. O, qəti şəkildə "Fərman heç vaxt işləməyəcək" deyərək, sözünün üstündə durmaqla, münasibətlərin düşmənçilik həddində olduğunu təsdiqləmişdi. İndisə Oqtay Şirəliyevin bu addımı maraq doğurur....

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR