Heydər Əsədov sabiq və hazırki 9 icra başçısını qorxuya salıb - Saxta qəbul planı

img

23-07-2014 [23:34]


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 25-də saat 11:00-da Bərdə rayonunda  Bərdə, Ağcabədi, Ağdam, Tərtər, İmişli, Fizuli, Laçın və Xocavənd rayonlarının sakinləri ilə görüşəcəkdir. 

Mia.az xəbər verir ki, nazirlik bu barədə yerli əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 020-205-07-93, 055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

 Mia.az-ın əldə etdiyi xəbərə görə, nazir Heydər Əsədovun bu səfəri nazirliyin həmin Bərdə Ərazi İdarəsinin rəhbəri, Ağdamın sabiq icra başçısı Həsən Sarıyevlə yanaşı, həmin rayonların icra başçısı və «Aqorservis» MMC-lərin sədrlərini qorxuya salıb.

Mənbə deyir ki, istər buğda istehsalçılarına ayrılan yardımların, istərsə də, «Aqroservis» MMC vasitəsi ilə yol verilən mənimsəmələr sözügedən vəzifəli şəxsləri əndişə içində saxlayır: «Onlar şikayətçilərin bu haqda nazirə gileylənəcəklərindən çox narahatdırlar. Artıq iki gündür nazirin qəbuluna kimləri salaacaqlarının siyahısı tutulur, onlar açıq şəkildə nə danışacaqları ilə bağlı təlmatlandırılır...».

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR