Türkiyədən ABŞ-a ağır ittiham

img

23-07-2014 [23:04]


Yaxın Şərq məsələsində sərt mövqeyilə seçilən Türkiyə münaqişənin davam etməsində həm də Amerika Birləşmiş Ştatları ittiham edir. Üç günlük matəm elan olunan Türkiyədə İsrailə qarşı hansı siyasət yeridiləcəyi maraqlıdır.

ANS TV-nin İstanbul bürosu "Türkiyə İsrailə qarşı hansı addımları götür-qoy edir?" sualına cavab tapmağa çalışıb: "Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi toplantıda çıxış edərək İsrailin ünvanına sərt ittihamlar səsləndirdi. O, bildirib ki, Türkiyənin İsrailə münasibətləri demək olar ki, sıfır səviyyəsindədir. Bu gün prezident seçkilərinə hazırlaşan Türkiyənin əsasən gündəmində Yaxın Şərqdə baş verən hadisədir. Rəcəb Tayyib Ərdoğan toplantıda onu da qeyd edib ki, İsrail Fələstində terror və soyqırım həyata keçirir”. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub