DİN Müsavatçı gəncin həbsi haqda xəbər yaydı

img

23-07-2014 [22:13]


Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimlinin saxlandığını təsdiqləyib.


DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
 
O. Mansurzadə onu da qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.
 
Qeyd edək ki, F. Kərimli bu gün səhər saatlarında saxlanılıb.
 
G. Aslanlı APA-ya bildirib ki, Bayıl qəsəbəsində yaşayan F. Kərimli bu gün anasını müayinə etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə gedərkən naməlum şəxslər tərəfindən həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR