Nizami Sadıqovun, Qasım Qasımovun və Elmira Şükürovanın ortaq korrupsiyası

img

23-07-2014 [18:10]


Ağdamın Əfətli orta məktəbiini tikintisinə ayrılmış 11,2 milyon manat mənimsənilib.

Sənəddə təhvil verilən və yaxın günlərdə prezident tərəfindən açılışı olunacaq siyahıda yer alan Əfətli orta məktəbin dam örtüyü belə yoxdur; Ağdamın yeni icra başçısı Raqub Məmmədoa yeni təhsil ilinin başlanğıcına qədər büdcəsi mənimsənilən və tikintisi yarımçıq qalan məktəbin təhvil verilməsini tələb edir…

Ağdam rayon Təhsil şöbəsinin müdiri Elmira Şükürova və icra hakimiyyəti başçısının müavini Zülyü Qasımovun qardaşı, «Şəms 95» MMC-nin rəhbəri Qasım Qasımov çətin vəziyyətə düşüb. Belə ki, yeni icra başçısı Raqub Məmmədov onları Korrupsyiaya qarşı Mübarizə İdarəsinə verəcəyi ilə bağlı xəbərdar edib.

AZERİNFO.ORG-a daxil olan məlumata əsasən Raqub Məmmmədovun xəbərdarlığının altında böyük biabırçılıq durur. Bildirilir ki, Ağdam rayonunun Əfrəli kənd orta məktəbinin tikintisi başa çatmasa da, sənədlərdə məktəb təhvil verilib. Halbuki məktəbin dam örtüyü belə yoxdur. Məlumata əsasən keçmiş başçı Nizami Sadıqov, Ağdam rayon Təhsil şöbəsinin müdiri Elmira Şükürova və məktəbin tikintisini aparan «Şəms 95» MMC-nin rəhbəri Qasım Qasımov tərəfindən məktəbə ayrılan vəsaitin yarısı mənimsənilib. Elə bu üzdəndə məktəbin tikintisi yarımçıq qnalıb.

Qeyd edək ki, yaxın zamanlarda prezident İlham Əliyevin Ağdama səfəri gözlənilir və prezidentin açılışını edəcəyi obyektlərin içində Əfrəli kənd orta məktəbi də yer alır. Amma tikinti işləri yarımçıq qaldığı üçün məktəbin açılışını etmək mümkün deyil. Pulluarın mənimsənilməsində əsas şəxslərdən biri olan keçmiş başçı Nizami Sadıqov isə məktəbi «təhvil alıb» və təhvil-təslim aktında Elmira Şükürovanın da imzası yer alır.

Məlumatda göstərilir ki, Əfrəli kənd orta məktəbinin vəziyyəti ilə bağlı maraqlanan yeni başçı Raqub Məmmədov qarşılaşdığı mənzərədən şaşqın olub. Belə ki, Əfətli kənd orta məktəbinin tikintisində baş verən maxinasiyaları araşdırdıqdan sonra Raqub Məmmədov qəti olaraq Elmira Şükürovaya və tikintini həyata keçirən Qasım Qasıova tapşırıb ki, yeni dərs ilinin başlanğıcına qədər məktəbi öz vəsaitləri tikib təhvil verməlidirlər. Əks təqdirdə icra başçısı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini bildirib.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq(Azerinfo.org).


Digər xəbərlər
SON XƏBƏRLƏR