Ermənilər girovlara cinayət işi açdı

img

23-07-2014 [18:10]


Qondarma Dağlıq Qarabağ respublukasının baş prokurorluğunda Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində cinayət işi açılıb.

ANS PRESS-in məlumatına görə, 46 yaşlı Şahbaz Cəlal oğlu Quliyev və 54 yaşlı Dilqəm Qardaşxan oğlu Əsgərov "qanunsuz silah gəzdirmə”, "adam oğurluğu”, "qəsdən adam öldürmə” maddələri ilə ittiham olunub.

Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə valideynlərinin qəbrini ziyarət edərkən erməni əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov heç bir sərhədi pozmayıb və onlar doğma torpaqlarına gediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR