Universitet, AMEA və institut müəllimləri qandallandı - Saxta diplom

img

23-07-2014 [16:49]


Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri barədə cinayət işi başlanıb.

 Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Sərhəd Xidmətindən daxil olmuş material üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanov ilə əlbir olub insanları aldatması məlum olub. Onlar aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürüldüyünü bildiriblər. Həmin akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim ediblər. 

Habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub, Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsindən stomatologiya fakultəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd ediblər. 

Ondan 10 min manat məbləğində pulu almaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurublar.

Bu ittihamlarda şübhələr üçün əsaslar olduğundan M.Məmmədov və N.Süleymanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə), L.Əliyevə isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan ediliblər.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR