Siyəzəndə liderlər məktəbinə start verildi

img

23-07-2014 [14:38]



21.07.2014-cü il tarixdə Demokratik Gənclər İctimai birliyi Azərbaycan Respubliaksı Gənlər Fondunun maliyyə dəstəyi ilə həyata keçirəcəyi "Siyəzən gəncləri üçün liderlik məktəbi” layihəsinin təqdimatını keçirib.Tədbirdə ilk təlimin 26.07.2014-cü ildə Siyəzən rayonunda həyata keçiriləcəyi qərara alındı.

Təqdimat zamanı layihənin rəhbəri Raml Süleymanov layihənin məqsədləri, gedişatı, töhvələri barədə təqdimatiştirakçılarına məlumat verib.

Layihə çərçivəsində region gənclərinin ictimai fəallığını artırmaq məqsədi ilə komplexs tədbirlərin görüləcəkdir. Bu səbəbdən siyəzən gəncləri üçün "liderlik məktəbi” layihəsinə start verildi. "Liderlik məktəbi” çərçivəsində 30 nəfər gənc karyera bacarıqları, liderlik, komanda işi və eyni zamanda Azərbaycan Gənclər Fonduna layihə müraciətləri ilə bağlı təlimlər keçəcəklər. Təlimləri Azərbaycanda qeyd olunan sahələrdə peşəkar olan təlimçilər: Ramil Süleymanov, Ayaz Abuşov tərəfindən təşkil olunacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR