“General əməliyyatı” yenidən başlayır - Prokurorluq araşdırır

img

23-07-2014 [14:16]


"Mənim Müdafiə Nazirliyi ilə bağlı Hərbi Prokurorluğa göndərdiyim ərizə artıq qəbul olunub”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib. O, məsələnin konkret həll olunmasını tələb edəcəyini bildirib:

"Artıq bununla bağlı mənə Hərbi Prokurorluqdan məlumat veriblər. Araşdırmanın gedişatında mən general-leytenat Çingiz Məmmədov, general-mayor Məmməd Beydullayev və hətta polkovnik Rauf Kişiyevlə də bağlı məsələyə diqqət edilməsini tələb edəcəyəm. Çünki bu adamlar uzun illər əllərində problemlərlə bağlı konkret fakt ola-ola heç bir ciddi iş görməyiblər. İndi gözləyirəm ki, nə vaxt prokurorluqdan məsələlərə aydınlıq gətirilməsi üçün məni dəvət edəcəklər. 

Hərbi Prokurorluq mənə cavab verən kimi bunun məhkəmə müstəvisində araşdırılmasını tələb edəcəyəm. Faktlar çoxdur. Necə olur ki, Hərbi Dəniz Qüvvələrində olan çatışmazlıqlarla bağlı Rauf Kişiyev və Məmməd Beydullayev heç bir iş görməyib? Ya da ki, Çingiz Məmmədov Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində iki qiymət alan yüzlərlə müdavimə sertifikat verilməsinə icazə verib? 

Mən indiyə qədər mətbuatda bəzi məsələləri ictimaiyyətin diqqətinə çatıdırırdım. Amma indi hüquqi müstəvidə bunu tələb edəcəyəm. Bu sənədlər uzun müddətdir Hərbi Prokurorluqda saxlanılır. Hətta indi rəhbərlik bunu araşdırmasa belə, nə vaxtsa biri bunu yenidən gündəmə gətirəcək. Həm o vaxt, həm də indi tədbir görməyən şəxslərlə bağlı addımlar atılacaq”(axar.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR