Kəlbəcərli girovlara işgəncə verilir - Komitə sədri danışdı

img

23-07-2014 [13:37]


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan kəlbəcərlilərdən danışıb. 

ANS PRESS-in məlumatına görə, nazir müavini ermənilərin əllərində olduğu məcburi köçkünlərə müxtəlif ləkələr yaxdıqlarını deyib. 

"Deyirlər onlar diversantdırlar. Onlar öz torpaqlarına gediblər. Qınamaq olmaz. Onlar əsl vətənpərvər və gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə bunun harası diversantlıqdır? İndi açılmamış cinayətləri ermənilər onların üzərinə atacaqlar". 

Ə.Həsənov Azərbaycanın həmişə beynəlxalq təşkilatlara ermənilərin necə olduğunu dediklərini xatırladıb. "Niyə emənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə onlarla görüşə icazə vermirlər. Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona görə onlara görüş təyin etmirlər".

Nazir müavini mətbuat nümayəndələrini də ehtiyatlı olmağa çağırıb. O, qeyd edib ki, öldürülmüş şəxslə bağlı bu günün sonunda bəyanat veriləcək. 
Əli Həsənov bir neçə gün öncə tənqid etdiyi BQXK-nın fəaliyyətindən danışıb. O, qeyd edib ki, BQXK göstərişlərdən sonra araşdırma aparıb və nəticəsini də açıqlayacaq.

Əli Həsənovun sözlərinə görə, hər gün bu barədə prezidentə məlumat verilir. 
"Artıq prezident girovlar məsləsini öz diqqətində saxlayır və məsələyə nəzarət edir. O, hadisələrin gedişatı ilə hər gün maraqlanır".

Nazir müavini Diqəm Əsgərov və Şahbaz Quliyevin qohumlarına da müraciət edərək onlar barədə lazım olmayan məlumatlar verməməyə çağırıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR