İcra başçısı, müavini və bələdiyyə sədrinin 6 milyonluq əməliyyatı...

img

23-07-2014 [13:17]


 Sabunçunun icra başçısı Adil Vəliyev ay yarım öncə birinci müavini, dostu və biznes ortağı olan Şakir Alıyevi Savalan qəsəbəsi deyilən ərazidə baş verən mənimsəmələrə görə vəzifəsindən uzqlaşdırıb. 

Bu barədə saytımıza danışan məlumatlı mənbə bildirir ki, Şakir Aliyev Adil Vəliyevin Sabunçu rayonunda ona verdiyi "statusdan” istifadə edərək Maştağa yaxılığındakı Savalan deyilən yeni bir qəsəbədə  tikilən evlərə icazə verərək külli miqdarda vəsait qazanıb. Lakin Şakir Əliyev öz «gəlirini» dostu və biznes şəriki olan icra başçısından gizlətdiyinə görə Adil Vəliyevin qəzəbinə səbəb olub. Faktla balğı Adil Vəliyev yuxarılara məlumat verərək Şakir Alıevin işdən alınmasını tələb edib və Adil Vəliyevin bu tələbi təmin olunub.

Mənbənin bildirdiyinə görə, Şakir Alıyev Savalan qəsəbəsində 150-dən çox evin tikintisinə icazə verərək əldə etdiyi 700 min manata yaxın vəsaiti icra başçısından gizlədib. Şakir Alıyevin maxinasiyasının üstü isə bu ilin mart ayında açılıb. Həmin vaxt Savalan qəsəbəsində icra başçısının müavinindən "icazə” alan şəxsin evinin tikintisinə yerli icra nümayəndələri mane olub. Bu zaman isə söz söhbət böyüyüb və Adil Vəliyevə qədər gedib çıxıb. İcra başçısı məsələni araşdırarkən məlum olub ki, müavini Şakir Alıyev Savalan qəsəbəsində 150 yaxın torpaq sahibindən gizli şəkildə "hesab” alaraq onların ev tikdirmələrinə icazə verib. 

Mənbə bildirir ki,  Adil Vəliyev müavini, ən yaxın dostu və uzun illər biznes şəriki olan Şakir Alıyevin ona bu cür kələk gəlməsindən çox qəzəblənib və tərəflər arasında ciddi şəkildə mübahisə baş verib. Sabunçu icra başçısı dostunu xəyanətdə ittiham edib və Şakır Alıyevlə münasibətlərinə son qoymaq qərarına gəlib. 

Həmçinin mənbə bildirir ki, Şakır Alıyev icra başçısınin birinci müavini işlıdiyi dövrdə Sabunçu rayonun Kürdəxanı qəsəbəsinin dairəvi yol deyilən ərazisindəki evlərin sökülməsi və vətəndaşlara verilən kompensasiyaların verilməsi zamanı həyata keçirilən 6 milyonluq maxinasiyanın əsas iştirakçılardan biri olub. 

Şakir Alıyev Kürdəxanı qəsəbəsinin bələdiyyə sədri Sabir Əliyevlə birlikdə bəzi şəxslərin adına artıq torpaq sahəsi yazaraq dövlətin külli miqdarda vəsaitini mənimsəyiblər. Təkcə dairəvi yolun ətrafındakı evlərin sökülməsi əməliyyatından Adil Vəliyev, Şakir Alıyev və Sabir Əliyev üçlüyünün 6 milyon manat vəsaiti dövlət büdcəsindən siliblər. 

Qeyd edək ki, bu ilin yanvar ayında Sabunçu rayon Kürdəxanı qəsəbəsində baş verən narazılıqdan sonra qəsəbə bələdiyyə sədri Sabir Əliyev vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə yeni sədr poliklinika həkimi Həqiqət Zeynalova gətirildi. Ancaq 1 aya yaxındır ki, Həqiqət xanım sədr vəzifəsindən çıxarılıb və keçmiş sədr Sabir Əliyev yenidən Kürdəxanı bələdiyyə sədrliyinə «təyinat» alıb. 

Xatırladaq ki, mətbuat Sabir Əliyevin bələdiyyə sədrliyində çıxarılmasını icra başçısının narazı Kürdəxanı sakinlərinin rəyinə göstərdiyi hörmət kimi dəyərləndirmişdi. Görünür Adil Vəliyev keçmiş korrupsiyada ittiham olunaraq işdən azad olunan bələdiyyə sədrinin adının bir müddət yaddan çıxamsından sonra ona yenidən şans verib. Çünki Sabir Əliyev Adil Vəliyevin milyonlarla manatlıq maxinasiyasının əsas kilid adamlarından biri olduğu qeyd olunur.

Həmçinin mətbuatın yazdığına görə tanınmış meyxana ustası Bayram Kürdəxanlının həbsində də Sabir Əliyevin xüsusi rolu var. 

PİA.AZ-a məlumat verən mənbə həmçinin bildirir ki, Sabir Əliyev son zamanlar Kürdəxanıda ona qarşı olan nüfuzlu kənd sakinlərini həbs etdirir. Hazırda Sabir Əliyevin bir neçə nüfuzlu «müxalifi» müxtəlif ittihamlarla həbs edilib. Bayram Kürdəxanlı da Sabir Əliyevin yenidən bələdiyyə sədri gətirilməsinə qarşı çıxdığına görə həbs olunduğu iddia olunur. 

Məlumatda o da qeyd olunur ki, hazırda Kürdəxanıda gərginlik artmaq üzrədir. Sabir Əliyevin bələdiyyə sədri olmasını istəməyən əksəriyyət kənd sakinləri icra başçısı Adil Vəliyevin əvvəl onların tələbi ilə Sabir Əliyevin işdən çıxardıqdan sonra, yenidən onu bələdiyyə sədrliyinə gətirməsi kənd səkinlərinin narazılığına səbəb olub. Sakinlər icra başçısının onları aldatdığını hesab edirlər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR