Məktəb direktoru rüşvət üstündə tutuldu

img

23-07-2014 [12:50]


Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan MİA-ya daxil olan məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılib.

Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindənhəmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan başlanmış cinayət işi üzrəona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR