Nazirin axtarışa verilən qohumu Türkiyəyə qaçdı - SƏNƏD

img

23-07-2014 [12:45]


Gənclər və İdman naziri Azad Rəhimovun qohumu ilə bağlı şok məlumat daxil olub.


Belə ki, nazirin əmisi nəvəsi Rəhimov Sadıx Rüfət oğlunun hərbi xidmətdən boyun qaçırdığına görə axtarışda olduğu və hazırda Türkiyədə gizləndiyi bildirilir. 

Məlumata görə, 28.11.1987-ci il təvəllüdlü Sadıx Rəhimov hərbi xidmətdən yayındığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon bölməsi 2009-cu ildən Səbail rayon Polis İdarəsinə müraciət edib. 

Müraciətdə məqsəd Sadıx Rəhimovun axtarışının təşkili olub. Daha sonra dəfələrlə sözügedən polis idarəsinə bu qəbildən olan yazılı müraciətlər göndərilib. 18.10.2013-cü ildə isə Rəhim Sadıqov haqqında hərbi xidmətdən boyun qaçırdığına görə Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə cinayət işinin açılması üçün müvafiq sənədlər Səbail rayon Prokurorluğuna göndərilib. Lakin bu günə qədər cinayət işinin açılıb-açılmadığı barədə xəbər verilmir. 

Məlumata görə, çağırışçı Sadıx Rəhimov hazırda Türkiyənin İstanbul şəhərində yaşayır və artıq bu ölkənin vətəndaşlığını qəbul edib. 

S.Rəhimovun atası Rüfət Rəhimov Gənclər və İdman naziri Azad Rəhimovun əmisi oğludur(İnterpress). 

Azad Rəhimovun fərari qohumu Türkiyədə gizlənir - FOTOFAKT


Digər xəbərlər
SON XƏBƏRLƏR