Gənclər arasında kütləvi dava: 4 nəfər həbs edildi

img

23-07-2014 [12:19]


Bakı şəhər Baş Polis İdarəsi Xaqani bağında baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.

Lent.az-ın məlumatına görə, bildirilir ki, iyulun 22-i saat 05:35 radələrində, R.Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığından Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. DİN BDYPİ və Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR