Rüşvətxor müəllim, qəddar rektor - Sorğu keçirilib

img

23-07-2014 [11:01]


D-18 Gənclər hərəkatı sorğu nəticəsində təhsil sahəsindəki nominasiyaları müəyyən edib

"Turan"ın məlumatına görə, avtoritar, rüşvətxor müəllimlər nominasiyası üzrə qaliblər müəyyən edilib. "Dövlət Iqtisad Universitetində Tapdıq adında müəllim var, rüşvətxorluqda ad çıxarıb, ona görə də bütün universitet ona ”dollar Tapdıq" deyir”, deyə D-18-in rəhbəri Ruslan İzzətli bildirib.

Ən avtoritar rektor sırasında BDU rektoru Abel Məhərrəmov yer alıb. Daha bir rüşvətxor müəllim sırasında "Cavanşir Beydulla”nın adı çəkilir. C.Beydulla Dillər Universitetinin müəllimidir.

Bununla yanaşı, rüşvət almayan müəllimlər üzrə də nominasiya var. BDU-nun müəlliməsi Nüşabə Sadıxlı belə müəllimlərdən biridir. Tədbirə qatılan N.Sadıxlı "rüşvət almayan müəllimə” nominasiyasında qalib olub.

Bir sıra müəllimlər "rüşvət almayan müəllimlər” nominasiyasında qalib olsalar da, universitetlərin rəhbərliyinin qorxusundan mükafatlarını almağa gəlməyiblər.

Qeyd edək ki, D-18 Gənclər hərəkatı bir neçə il əvvəl yaradılıb və onun üzvləri gəncləri maraqlandıran aktual məsələlərin araşdırılması və həlli ilə məşğul olurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR