Ağdamın işğalından 21 il ötür

img

23-07-2014 [10:59]


Bu gün Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 21 il keçir.

Işğalın ildönümü ilə əlaqədar "Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi, Ağdam rayon İcra Hakimiyyəti, keçmiş döyüşçülər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidlərin xatirəsi yad edilib, "Əbədi məşəl” kompleksi önünə əklil qoyulub.

1993-cü ilin iyun-iyul aylarında Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girib. Heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur olublar. Bununla da 43 gün müqavimət göstərən Ağdam şəhəri süqut еdib.

Erməni silahlı birləşmələri еvlərə od vurbu, mədəniyyət abidələrini dağıdıb. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR