Ağcabədinin icra başçısının daha bir özbaşınalığı-VİDEO

img

22-07-2014 [23:39]


Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən sui-istifadə edərək onun korrupsiya əməllərindən şikayət edən vətəndaşları şərlədərək həbs etdirir. 

Ağcabədi rayon Taynaq kənd sakini Şükür Hacıyev hələlik həbs olunan sonuncu şikayətçidir. Baxmayaraq ki, Şükür Hacıyev təhlükəsizliyin təmin olunması ilə bağlı prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova və Daxili işlər naziri Ramil Usubova müraciət etmişdi, Şahin Məmmədov yenə də onu onu şərlədərək həbs etdirib. 

Videoadan göründüyü kimi, Şükür Hacıyev onun obyektini yoxlayanlara qarşı nəzakətlə davranıb, ancaq bu şəxslər Şükür Hacıyevin onları təhqir etməsi haqqında saxta akt yazıb, məhkəmədə onun üzünə durublar. İndi söz Şükür Hacıyevə təhlükəszilik ilə bağlı vəd vermiş hüquq mühafizə orqanlarının rəhbərlərindədir. Görək Daxili işlər naziri polis əməkdaşlarının bu əməlinə necə qiymət verəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR