Polis rəisi tutuldu - FOTOLAR

img

22-07-2014 [22:41]


İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsi polis əməkdaşlarına qarşı iki ayrı əməliyyata başlayıb. 

ANS PRESS-in məlumatına görə, əməliyyatlarda bu ana qədər 52 nəfər şəxs saxlanılıb. Saxlanılanlar arasında şöbə müdirləri, polis rəisləri və müdir köməkçiləri də var. İlk əməliyyatda aralarında sabiq İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsi müdiri Yurd Atayünün də olduğu 40 nəfər saxlanlıb. Sabiq İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsi müdiri Ömər Kosa, müdir köməkçiləri, polis rəisi Kazım Aksoy, Ramazan Candan və Qafur Ataç da saxlanılanlar arasındadır.

Əməliyyat çərçivəsində saxlanılanlar arasında rəsmi formalı bir polis məmuru da var. Şübhəlilər casusluq, qanunsuz dinləmə, rəsmi sənəddə saxtakarlıq, cinayət uydurma, şəxsi həyatın gizliliyini, mənzil toxunulmazlığını və istintaq gizliliyini pozmaq kimi cinayətlərlə ittiham olunurlar. 












Digər xəbərlər
SON XƏBƏRLƏR