Yadigar Sadıqovun cəzası 6 ildən 4 ilə endirildi

img

22-07-2014 [21:35]


İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayəti üzrə proses keçirilib.

Vəkil Adil İsmayılov "Media forum” saytına deyib ki, prosesdə Yadigar Sadıqova bəraət istəyiblər və bununla bağlı vəsatətləri qismən təmin edilib: "Hakim İsmayıl Əhmədov verdiyimiz vəsatəti qismən təmin etdi və Lənkəran Rayon Məhkəməsinin Yadigar Sadıqov haqda çıxardığı 6 il həbs cəzasını 2 il azaldaraq 4 ilə endirdi”.

Vəkilin sözlərinə görə, prosesdə Yadigar Sadıqov özü də iştirak edib: "Səhhəti, əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur”.

Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub. Lənkəran Rayon Məhkəməsi ona6 il həbs cəzasını 2014-cü il yanvarın 13-də çıxarıb. Müsavat başqanının müşaviri ötən il iyunun 25-də Lənkəranda şəhər sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirli bilinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR