Fəzail Ağamalı jurnalistlərə təbrik məktubu ünvanladı

img

22-07-2014 [21:26]


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 22 İyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.

Mia.az xəbər verir ki, təbrikdə deyilir: 

 
"
Hörmətli media nümayəndələri! Əziz mətbuat işçiləri!

Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə Sizi təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə hamınıza uğurlar arzulayıram.

Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keçməkeşli və  şərəfli bir yol keçmişdir. Zamanından və tarixi şəraitdən asılı olmayaraq mətbuatımız həmişə xalqımızın mədəniyyətinin və tarixinin keşiyində durmuş, çoxəsrlik milli ənənələrimizin qorunub saxlanılmasına böyük töhfələr vermişdir. Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan müasir Azərbaycan dövlətinin  bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sistemi də demokratik  prinsiplərə  söykənərək ciddi uğurlara imza atır.

Dəyərli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətilə  anavətənçilər adından təbrik edir, respublikamızda və dünyada  baş verən hadisələrin cəmiyyətə və ölkəmizdə gedən  demokratik dəyişikliklərin beynəlxalq aləmə çatdırılmasında, geniş analitik təhlillər aparılmasında sizlərə  yüksək professionallıq və əsl vətənpərvərlik  mövqeyi göstərməyi,  oxucuların sevgi və yüksək etimadını qazanmağı arzulayıram.

 Bayramınız mübarək!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR