Gənc yazarların yaradıcılığı “Bölgələrdən səslər”də - Müsabiqə

img

22-07-2014 [21:15]


Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta...” adlı layihə çərçivəsində "Bölgələrdən səslər” ədəbi toplusu işıq görəcək.

     Layihə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən yaradıcı gənclərin ədəbi örnəklərinin toplanması, istedadlı gənclərin daha geniş ədəbi mühitə təqdim edilməsi,  paytaxt gəncləri ilə bölgədə yazıb yaradan yazarlar arasında ədəbi-mədəni ilişkilərin daha da intensiv və geniş xarakter almasını nəzərdə tutur.

Topluda öz ədəbi örnəklərini görmək diləyində olan (30 yaşınadək)  müxtəlif bölgələrdə yaşayan gənclər avqust ayının 15-ə  kimi  [email protected], [email protected] və  [email protected] elektron ünvanlara tələb olunan sənədləri Times New Roman 12 şrifti ilə göndərə bilərlər. Arzu olunur ki, topluya başqa dövri nəşrlərdə çap olunmayan əsərlər təqdim edilsin.

n      - Bir ədəd şəkil

n     *Qısa özkeçmiş

n     *Poeziya (maksimum 7 örnək)

n    * Nəsr ( maksimum 3 örnək )

Qeyd edək ki, münsiflər heyəti göndərilənlər içərisindən səsverməyə əsasən ən yaxşı hesab etdiyi  poeziya və nəsr örnəklərini topluya daxil edəcək.

İrtibat telefonları: (050) 529-28-33, (050) 545-68-98

Digər xəbərlər
SON XƏBƏRLƏR