Mərkəzi Bank KİVDF-nin mükafatlandırdığı jurnalistlərə qadağa qoydu

img

22-07-2014 [20:55]


Azərbaycanda KİVDF-nin təşkil etdiyi sonuncu fərdi yazı müsabiqəsində qalib gələn jurnalistlər pulunu ala bilmir. 


Bu barədə "Qafqazinfo”ya müsabiqədə qalib gəlmiş 40-a yaxın jurnalist məlumat verib.

Onlar bildirirlər ki, müxtəlif banklarda hesabları olsa da, köçürülmüş pulu çıxara bilmirlər.

Bank rəsmiləri isə jurnalistlərə məlumat veriblər ki, pulun çıxarılması üçün Mərkəzi Bankın icazəsi alınmalıdır. 

Mərkəzi Bankdan isə jurnalistlərə deyiblər ki, müsabiqədə qazandıqları pul qrant hesab edilir. Bunun üçün bir sıra əməliyyatlar həyata keçirilməlidir. Əməliyyatlar isə müəyyən vaxt aparacaq. Həmin vaxta qədər jurnalistlər pulu hesablarından çıxara bilməzlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR