Bakıda yol polisindən daha bir orijinal addım - Video

img

22-07-2014 [17:02]


Bakıda, "20 yanvar” metrostansiyası yaxınlığında yol polisi küçənin ortasında elə hərəkət edib ki, bunun heç bir açıqlaması yoxdur. MİA-in məlumatına görə, bu barədə milli.az saytında video paylaşılıb.

Videodan göründüyü kimi, yol polisi yol polisi taksi sürücülərin əmlakını dağıdıb. Hadisə ötən gün axşam saat 18:30 radələrində baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər. Tələblər fayda vermir. Bunu görən polislər inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağına çıxarmağı tələb edirlər. Ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaqardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir.

Polislərdən biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub parçalayır. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, məsələ barədə məlumatları var.

"Bu düzgün hərəkət deyil. Bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinə məlumat vermişik. Orada araşdırma aparılır. Müvafiq tədbir görüləcək”, - deyə Kamran Əliyev məlumat verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR