“Nurgün” şirkəti müştərilərini necə aldadır?-İDDİA

img

22-07-2014 [14:57]


Əslində bu movzuya toxunmaq istəməzdik. Çünki kiminsə işguzar fəaliyətinə gölgə salmaq fikrində uzaq olduğumuzdan belə məsələlərdən yazmaq heç vaxt bizim üçün asan olmayıb. Amma reallığı görüb yazmamaq da mümkün deyil. Xüsusilə o zaman ki, qarşı-qarşıya qaldığın həmin reallıqlar insanlara zərər vuran fəaliyyətə çevrilib.

Bu dəfəki yazımızın mövzusu "Nissan” avtomobillərinin satışıyla da məşqul olan "Nurgün”-ün fəaliyyətiylə bağlıdır.

Öncə ondan başlayaq ki, şirkət yerli bazara çıxardığı avtomobilləri əsasən Dubaydan gətirir. Bəlkə də bu səbəbdəndir ki, kefiyyət baxımından bu avtomobillər əvvəlki illərə nisbətən xeyli aşağı səviyyədədir. Keyfiyyət aşağı olduğundan da qısa müddət ərzində xarab olur, təmirə ehtiyac yaranır.

Maraqlıdır ki, "Nurgün-motors” hətta özünə başucalığı gətirməyən bu neqativ halda belə alıcı üçün əsl tələ qurub.

Belə ki, şirkət alınan yeni avtomobillərə sözdə qarantiya müddəti verir. Avtomobil sahibləri də verilən zəmanətə inanıb öz maşınlarını burada texniki baxışdan keçirirlər. Elə qurulan tələyə də bu zaman düşürlər; onlar aldıqları maşından narazılıq edərək texniki baxışda şəxsən iştirak etmək istəsələr də buna imkan verilmir.

Avtomobilləri sahiblərindən bayırda təhvil alır, baxış üçün təmir sexinə aparırlar. 2 saatdan sonra gəlib "maşının filan hissəsini dəyişdik” deyərək müştəridən kasaya pul ödəməsini tələb edirlər.

Ehtiyyat hissələri isə od qyimətinə. İxtiyarın nədir, soruşasan ki, "ey cənablar, axı maşını alarkən siz 150 min km. məsafəyə və yaxud 5 il müddətinə zəmanət vermisiniz. Bəs, onda xarab olan ehtiyyat hissəsi üçün niyə bu qədər pul ödəməliyəm?

Verdiyiniz zəmanət ehtiyyat hissəsinə şamil olunmursa, bəs nə üçün nəzərdə tutulub?

Nəyə görə öncədən ehtiyyat hissələrinin qiyməti barədə heç bir məlumat verilmədən maşını təmir edirsiniz?” Sözlərinə qulaq asmadan səndən ya pulu ödəməyi tələb edir, ya da maşını girov götürəcəkləriylə hədələyirlər. Məcburən razılaşıb tələb olunan məbləği ödəmək istədikdə, nəbadə, üzərində kifayət qədər pul olmaya. Aldığın maşın pul ödənənə qədər girovda qalmalıdır.

Mümkündür ki, evinə gedib tələb olunan məbləği gətirincəyə və ya cibindəki xarici valyutanı Azərbaycan manatına çevirincəyə qədər iş vaxtı tamamlana, yenə girovluqda qalan maşınının üzünü bir də sabah pulu ödəyəndən sonra görə bilərsən. Bir sözlə bura əsəbi zəif olanların buraya gəlməsi tövsiyə edilmir.

Ən acınacaqlı hal budur ki, şeytanın belə ağlına gəlməyən yollarla əhalinin cibinə girən şirkət əldə etdiyi pulu guya xeyriyyəçiliyə yönəldib özünü reklam etməyə çalışır.

Xeyriyyəçilik isə nə xeyriyyəçilik? 7 ilə yaxındır ki, "Nurgün” Salyan əhalisi üçün guya Olimpiya Kompleksi tikib. Di gəl ki, hələ də bu müəssisəni dövlətə təhvil verməyib və ondan öz şəxsi mülkiyyəti kimi istədiyi şəkildə istifadə edir.

Kompleksdə qiymətlər od bahasına olduğundan bir kasıbın balası gəlib burada idmanla məşqul ola bilməz. Şirkətin bu "xeyriyyəçiliyindən” yalnız imkanlı adamlar yararlanırlar. İnanmırsınızsa gəlin, faktlara müraciət edək.

"Nurgün”-ün nəzarətində olan Salyan Olimpiya Kompleksindəki üzgüçülük salonundan həftədə 3 gün, hər dəfə 1 saat, başqa sözlə, ayda cəmi 12 saat istifadə etmək haqqı uşağın yaşına görə 30-40 manat arasında dəyişilir. Bir təqaüdçü 2 nəvəsini buraya göndərsə, gərək, həmin ay ac qala.

Digər idman növləri üzrə hazırlıq da ürəkaçan deyil. Görünür, bu səbəbdəndir ki, 7 illik fəaliyyəti dövründə kompleks nəinki, dünya, Avropa, heç Respublika səviyyəsində belə idmançı yetişdirə bilməyib.

Başqa təbirlə desək, adı Olimpiya Kompleksi olan bu müəssisə əslındə zəniginlər mehmanxanasıdır.

"Nurgün” şirkətinin Salyanda süd zavodu və rayonun Kürqaraşaqlı kəndində iribuynuzlu mal ferması var. Şirkət bu müəssisələrində də Azərbaycan Respublikasının qanunlarına əhəmiyyət vermir, öz fəaliyyətini öz yazılmamış qanunlarıyla yürüdür.

Müəssisələrdə çalışanlardan qul kimi istifadə olunur. İşçilərin əksəriyyətinin əmək və sığortası müqavilələri yoxdur, ikili mühasibatlıq, vergidən yayınma halları mövcuddur.

Səsini çıxaranı isə dərhal işdən azad edirlər. İş vaxtı burada hətta xəsarət alanlar da olub, amma rəsmi təzminat ala bilməyiblər.

Hələ şirkətin əhaliyə məxsus müxtəlif torpaq sahələrini, eyni zamanda örüş yerlərini müxtəlif yollarla ələ keçirməsini, əraziyə vurduğu ekoloji zərəri demirik.

Bu barədə ona görə yazmırıq ki, bəlkə indiyə qədər qələmə aldıqlarımızdan nəticə çıxaran "Nurgün” şirkəti xidmət göstərdiyi sahələrdə insanlara qarşı davranışına yenidən baxar, buraxdığı səhvləri düzəldər.

infom.az

Digər xəbərlər
SON XƏBƏRLƏR