“Azadlıq” aksiya keçirdi: “Pulumuzu tələb edirik”

img

22-07-2014 [13:46]


İyulun 22-də "Azadlıq” qəzeti "Qasid” mətbuat yayımı firmasının qarşısında etiraz aksiya keçirib.

Aksiyada firmadan qəzetə olan borcunu ödəmək tələb olunub.

"Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, "Qasid”in qəzetə borcu 70 min manatı keçib: "Bu vaxta qədər problemlə əlaqədar "Qasid” firmasının rəhbərliyi ilə aparılan danışıqlar və keçirilən etiraz aksiyaları heç bir müsbət nəticə verməyib. İş o həddə çatıb ki, firma müdirinin müavini "Azadlıq”ın nümayəndəsi ilə görüşü zamanı bildirib ki, qəzetə heç bir ödəniş etmək imkanları yoxdur. Maraqlıdır ki, "Qasid”in 100-dən artıq köşkü fəaliyyət göstərir. Buna baxmayaraq firmanın borcunu ödəmək fikri yoxdur. Məhz "Qasid” firması "Azadlıq” qəzetini maddi böhran vəziyyətinə çalıb. Vəziyyət o həddə çatıb ki, qəzet öz əməkdaşlarına may, iyun, iyul ayları üzrə maaşlardan heç bir ödəniş edə bilməyib. Bu baxımdan biz növbəti dəfə firmanın qarşısında aksiya keçirməyə məcbur olmuşuq”.

"Qasid”in rəhbəri Mirkazım Kazımov problemin müzakirəsi üçün qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevi otağına dəvət edib. Qəzetin əməkdaşları isə firmanın qarşısında "Pulumuzu tələb edirik” şüarları qaldıraraq aksiyanı davam etdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR