Keçmiş nazirin oğluna məxsus şirkətin bağlanmasında vəhabi izi –”Sevil” massivində nə baş verir?

img

21-07-2014 [11:55]


Azərbaycanda geniş reklam piarı hesabına məşurlaşmağı bacaran "Sevil Construction” şirkətində baş verən fırıldaqlarla bağlı maraqlı araşdırma aparıb. Nəticədə məlum olub ki,  Azərbaycanın inşaat bazarında tez bir zamanda vətəndaşların etibarını qazanmağı bacaran bu şirkətin bütün fəaliyyəti sadə maliyyə piramidası üzərində qurulubmuş. İki ilə yaxın fəaliyyəti ərzində minlərlə insanla müqavilə bağlamış şirkətin işləri pis getməyib.

İlkin şərtlərə görə , vətəndaşlara ayrılan torpaq sahələrində tikinti işlərinin aparılması, son nəticədə isə torpaq və mülkiyyətin özəlləşdirilərək mülkiyyət sahibinin tam istifadəsinə verilməsi əsasında şirkətlə  müqavilə bağlanırdı. Şirkətin təkliflərində insanları cəlb edən əsas məqamlardan biri, qiymətin yüksək olmasına baxmayaraq, şirkətdən əldə edilmiş torpaq sahəsinin və aparılacaq tikinti işlərinin pulunun hissə-hissə olaraq ödənilməsində idi. Məhz elə bu amil insanların şirkətdən yer əldə etməyə çalışmasının kütləvi hal almasına gətirib çıxarmışdı. Reklamın getdiyi ilk vaxtlar hər sot torpağa görə 3000 manat civarında dəyərləndirilən sahələrin qiymətləri son dövrdə 8000 manata qədər yüksəlmişdi.sev2

Bu gün yuxarıda adı çəkilən şirkətlə bağlı redaksiyamıza edilən şikayətləri araşdırarkən tamamilə fərqli mənzərənin şahidi olduq. Baş ofisə  yaxınlaşdığımız zaman, qapının üstündə Korrupsiyaya qarşı mübarizə idarəsinin möhürünün vurulduğunu gördük. Ətrafda aylıq borclarını ödəməyə gələn  insanların öz aralarında nəyi isə müzakirə etdikləri diqqətimizi cəlb etdi. Gedən söbətlərdən məlum oldu ki, şirkətin naməlum səbəblər üzündən fəaliyyətini müvəqqəti olaraq dayandırılıb. Mülkiyyətçilərin isə zərərçəkmiş qismində Korrupsiyaya qarşı mübarizə idarəsinə ifadə vermək üçün dəvət ediliblər. Bu insanların arasında hələlik yalnız torpaq sahələrinin dəyərini ödəyən sadə vətəndaşlardan tutmuş, evləri tam tikilərək hazır vəziyyətdə olanlarına rast gəlmək olardı. Baş verənlərin səbəbi ilə maraqlandıqda, müxtəlif versiyaları eşitdik. Amma gördük ki, insanları düşündürən əsas məsələ indiyə qədər şirkətə ödədikləri pulun taleyidir. Maraqlıdır, işləri heç də pis getməyən şirkətin birdən-birə ağır vəziyyətə düşməsinin səbəbi nədir?

Son vaxtlar "vurulan” şirkətlərin çoxu haqqında aparılan müzakirələrə  nəzər saldıqda belə nəticə çıxarmaq olar ki, tikinti sektoruna nəzarət uğrunda güc mərkəzləri arasında ciddi rəqabət var.

Bu yaxınlarda «Sovetski” deyilən ərazidə  evlərin sökülməsi ilə əlaqədar köçürülən şəxslərə bir kvadratı 380 manatdan ev tikə biləcəyini elan etmiş tikinti şirkətinin aqibəti hamımıza məlumdur. Hazırda həmin şirkət barəsində istintaq aparılır. Korrupsiya əməllərində günahlandırılan şirkətin qanunları hansı dərəcədə pozması barədə dəqiq nəsə deyə bilmərik. Ancaq görünür şirkətin cəzalandırılmasının əsas səbəblərindən biri yazılmamış qanunları pozmaqla bağlıdır. Faktiki olaraq bu tikinti şirkəti, Azərbaycan adlı məmləkətdə tikintinin hansı məbləğə başa gəldiyini, lakin qiymətlərin süni surətdə şişirdilməsi, vətəndaşın nə dərəcədə aldadılması məsələsini açıqca dilinə gətirmişdi.sev1

Lakin görünür "Sevil Construction” şirkəti ilə bağlı olan məsələ tamamilə başqa səpgili, daha doğrusu, siyasi çalarları olan məsələdir.
Əldə etdiyimiz məlumata görə "Sevil Construction” tikinti şirkəti, Azərbaycanın keçmiş Yeyinti Sənayesi naziri Sevil Zeynalovanın oğlu Aynur Zeynalova məxsusdur.O, həmçinin "Sevil” massivinin də sahibidir. Dindarlar arasında Hacı Aynur kimi tanınan bu şəxs həm də, Azərbaycanda vəhabi təriqətinin fəal üzvlərindən biri kimi xarakterizə olunur. Son zamanlar bu təriqət üzvlərinin Azərbaycanda baş verən dini zəminli hadisələrdə adlarının heç də birmənalı şəkildə hallandırılmamasının səbəbləri isə hər birimizə məlumdur. Güclü maliyyə resursları və gəlir yerləri olan təriqət üzvlərinin hərəkətlərinin artıq siyasi iddia səviyyəsinə qədər artması təbii olaraq hər birimizdə həyəcan doğurmaqdadır. Belə olan halda bu təriqətin maliyyə qaynaqlarının növbəti birinin də kəsilməsi məntiqə uyğun addımlardan biri deyilmi? Bəlkə elə şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi də bundan ibarətdir…
Hər halda məsələnin araşdırılması olduqca zəruridir və yəqin ki, yaxın zamanlarda apardığımız araşdırmaların nəticələri barədə oxucularımızı məlumatlandıracağıq.

Azinform.az


Digər xəbərlər
SON XƏBƏRLƏR