20-07-2014 [19:50]
Malayziya hava yollarına məxsus "Boinq-777" təyyarəsinin Ukrayna üzərində, 10 min metr hündürlükdə vurulması ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyası ilə bağlı müzakirələri ikinci plana keçirdi. Bu faciə Rusiyaya qarşı ittihamları daha da sərtləşdirdi.
Dünyanın əksər ölkələrində, o cümlədən də Rusiyada çoxları bu faciəyə görə Kremli ittiham edirlər. Rusiyanın tanınmış siyasi xadimləri, ekspertləri və jurnalistləri baş verən faciəyə görə cavabdehliyi prezident Putinin üzərinə qoyurlar. Yalnız Rusiyada deyil, dünyanın bir çox yerində də 295 nəfərin ölümünə görə Rusiya qınaq obyektinə çevrilib.
Avstarliyanın baş naziri Toni Ebbot baş verən faciəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. Baş nazir hesab edir ki, təyyarənin vurulması Rusiyanın Ukraynada suları bulandırmasının nəticəsidir və Moskva buna görə məsuliyyət daşıyır.
ABŞ-ın vitse-prezidenti Cizef Bayden də Rusiyanı ittiham edir və təyyarənin qəsdən vurulduğunu bildirir.
ABŞ prezidenti Barak Obama isə daha da irəli gedərək Putinə mesaj göndərib. Obama bəyan edib ki, Rusiya prezidenti terrorizmi dəstəkləməkdə davam edib-etməyəcəyi ilə bağlı strateji qərar qəbul etməlidir.
Obamanın bu mesajını diplomatik dildən media dilinə çevirsək, belə qənaətə gəlmək olar ki, Vaşinqton Ukraynanın Cənub və Şərqində baş verənləri terrorçuluq, "Boinq-777" təyyarəsinin vurulmasını isə terror aktı sayır. Obama Putini rəsmən bu terrorçuluğu müdafiə etməkdə ittiham edir və Rusiya preziden-tinə təklif edir ki, terrorçuluğu davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar versin.
Qərbin aparıcı media orqanları isə Ukrayna səmasında baş verən faciəni Liviya təhlükəsizlik orqanları tərəfindən Şotlandiya səmasında sərnişin təyyarəsinin partladılması ilə müqayisə edirlər.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə, Putinin də Qəddafinin yolu ilə getdiyini bildirib, Ukrayna səmasında baş verən faciəni Şotlandiya səmasında baş vermiş terror aktı ilə müqayisə edir.
Saakaşvilinin, Ebbotun, dünyanın aparıcı mətbu orqanlarının və nüfuzlu qələm sahiblərinin bununla bağlı ittihamlarını nəzərə almamaq da olar. Ancaq ABŞ prezidentinin ittihamını nəzərə almamaq mümkün deyil. Bu faciədən cəmi bir neçə saat əvvəl ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiya tətbiq etmiş, bununla da Rusiya iqtisadiyyatı üçün çox çətin günlərin başlanğıcını qoymuşdu. Ukrayna səmasında baş verən faciədən sonra isə prezident Barak Obama Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya hazırla-dığını bəyan edib. Belə görünür ki, Obama Putinin əməllərinin bədəlini ödətdirmək istəyir.
Obamanın Ukrayna səmasında baş vermiş faciədən bir neçə saat əvvəl tətbiq etdiyi sanksiya rublun sürətlə dəyərdən düşməsi, Rusiyanın aparıcı şirkətlərinə məxsus səhmlərin sürətlə ucuzlaşması və xarici investorların bu sərmayələri sürətlə satmağa başlamasına səbəb olub. Obamanın tətbiq etdiyi sanksiya-nın bir gün ərzində Rusiyanın 19 zəngin iş adamına 2.5 milyard dollar zərər vurduğunu hesablayan eks-pertlər kapitalın hakimiyyətdən üz çevirəcəyini də qeyd ediblər. Aydın görünür ki, Obama Putini beynəlxalq aləmdə təkləməyə çalışdığı kimi, Rusiyada da onun əleyhdarlarını gücləndirir.
ABŞ-ın son sanksiyası və Ukrayna səmasında baş verən faciəyə görə Kremli ittiham edən Rusiyanın nüfuzlu ictimai-siyasi xadimləri yaranmış vəziyyəti hakimiyyətin ağlını itirmiş kürsü hərsinin əlinə keçməsi ilə izah edirlər. Ekspertlərin fikrincə, ABŞ-ın sanksiyalarının sonu Rusiyada xaos yaradacaq. Liviya diktatorunun məhz ölkəsindəki xaos zamanı tarixdə misli görünməmiş şəkildə öldürüldüyünü nəzərə alsaq, Putinin Obama tərəfindən terrorçuluğu müdafiə etməkdə ittiham edilməsi Rusiya prezidentinin aqibəti haqqında müəyyən fikirlərin yaranmasına səbəb olar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"