Kim? Nə? Necə?

img

20-07-2014 [19:49]


İndi Didronun məqalələrini oxuyuram. Həm formaca, həm də fikir baxımından çox şey öyrənmək olar. Didro öz fikirlərinin daha çox adamlara çatması üçün elə vasitələrdən istifadə edir ki, o vasitələrdə daha çox fikir ifadə etmək mümkün olsun. Adamlara nə istədiklərini çox sadə üsulla, sadə misallarla çatdırır.
Didro xalqı yaxşı tanıyırdı, onun dilində danışmağı bacarırdı. Qərəz, sağ əllə sol qulağı qaşımırdı. Bizim yazarların bir çoxu ona görə oxunmur ki, sadə görünməkdən qorxurlar. Bir çoxları isə günəşi ümumiyyətlə küləş başa düşərək, sadəliklə bayağılığı səhv salır və dəhşətli dərəcədə gülməli vəziyyətə düşürlər.
Didro seçdiyi yola görə ailəsi ilə ciddi davaya girmişdi. Nəticədə evin maddi yardımından tam məhrum olunmuşdu. Tam on il müxtəlif işlərə başını soxmuşdu. Atası onu din xadimi kimi görmək istəyirdi. Lakin Didro başqa yolu tutdu. Sonra atası onu həkim etmək istədi. Burda da dil tapmadılar və nəticədə atası pulu kəsdi. Didro on il işləməyə məcbur oldu.
Sözün açığı, kitab sovet dövründə nəşr olunub. Ola bilər ki, Didronun həyatını kommunistlər bir az kommunistləşdiriblər. İstisna olunmur.
Bəli, Didro deyir: "Həqiqəti sevməyi, yalana nifrət etməyi özümə qadağan edə bilmərəm". Oxuduqlarım, gördüklərim, eşitdiklərim nəticəsində belə başa düşdüm ki, "necə" sualı kim və nə sualından daha vacibdi. İnsanın müxtəlif ölkələrdə müxtəlif qiymətləri var. Birinin bir manat qiyməti var, birinin on manat. Birində yüz, o birində əlli min, birində beş yüz min. Birində on qəpik, başqa birindəəinsanın heçəbir qəpik də qiyməti yoxdu. Deməli, kim sualındansa, necə sualı daha önəmlidi. Necə insan? Təhsilli, təhsilsiz, mərifətli, mərifətsiz. Bilir uşaq bağçası nədi, məktəb nədi, institut nədi, teatr nədi, kino nədi? Bilir opera var, balet var. O maşına minir, yoxsa maşın ona?
Məsələn, tez-tez belə bir xəbərə rast gəlirsən: "Hindistanda qatar toqquşdu və beş yüz nəfər öldü". Bunu elə asanlıqla deyirlər ki, sanki belə də olmalıdı. Özləri də razılaşıb, dünya da razılaşıb. Yaxud hara-nınsa şəhərindəəbobma partlayıb, yüz adam ölüb. Adamlar bu xəbərləri çox rahatlıqla qəbul edirlər. Bu xəbərlər məzmunca o qədər eyni və standartdır ki, hərdən düşünürəm ki, deyəsən, ayda iki-üç dəfə belə xəbər vermək bir ayindi. Ən pisi odur ki, bu xəbərləri ta uşaqlıqdan eşidirəm. O vaxt radiodan eşidirdim. Sonra nə qədər cihazlar, telefonlar, kompüterlər çıxıb ortaya, hər yerdə informasiya alırıq, am-ma bu informasiyalarda dəyişiklik yoxdu.
Avropanın hansısa bir şəhərində qəza baş verib on adam ölüb. Tutaq ki, iki adam daəitkin düşüb. Bu xəbər daha ciddi qəbul olunur. Niyə? Müxtəlif adamların müxtəlif fikirləri ola bilər. Bəziləri düşünə bilər ki, mass-mediya öz əllərindədi ona görə. Burda belə bir sual çıxa bilər: bəs səndə niyə yoxdu? Burda gərək əlavə bir mövzu açıla. Hərçənd, dalda danışmaq kimi demək olmasın, çap maşınını iki əsr "şeytan əməlidi",- deyib yaxına buraxmayanda bilməliydin ki, gələcəkdə onların mass-mediyasından asılı qalacaqsan. Burda da söhbət gedib çıxacaq masonlara-zada, söhbət tamam uzanacaq.
Mənim öz fərziyyəm var. Hindistanda qatar qəzası zamanı ölənlərin xəbəri ilə tutaq ki, Avropanın hər hansı bir şəhərində on nəfərin ölməsi xəbəri arasında fərq, daha doğrusu, xəbərin qəbul edilməsinin müxtəlifliyinin arasındakı fərq ondan ibarətdi ki, ölən adamların qiymətinin fərqi müxtəlifdi. Söhbət insana qoyulan sərmayədən gedir. Hindistanda yüz minlərlə insan küçədə doğulur, küçədə yaşayır, küəçədə də ölür. İldə iyirmi min adamı kobra vurub öldürür. Düşünə bilərsiniz ki, o qədər əhalisi olan ölkədə kobra ilanının iyirmi min adamı vurub öldürməsi normal rəqəmdi. Hətta azdı. Siz daha qəddarsınız. Amma söhbət ondan gedir ki, iyrimi mini kobra öldürür, on mini əjdaha udur. Biri partladır, biri əsir götürür. Gündə bir tip çıxır ortaya. Nə bilim, bəlkə də səhv ola bilər...
Nəyə yox, necə inanmasaq söhbəti mənim üçünədaha vacibdi. Nə fərqi var nəyə inanırsan, söhbət necə inanmaqdan gedir. Adamlar var bütə inanırlar, daha yaxşı yaşayırlar, müxtəlif cihazlar, məişət əşayları düzəldib satırlar. Hələ bundan əlavə başqa sahələri də unutmurlar, kino çəkirlər, futbol oynayırlar, Nobel alırlar. Adam bütə inanır. Nə dəxli var? Həyatı ki ortadadı. Deməli, necə inanmaq daha vacibdi.
Nə? Məsələn, respublika. Necə respublika? Orda doğurdanmı qanun hər kəs üçün eynidi? Yoxsa, bir balaca vəzifəsi olan tutub başqalarını döyürmü, adamı tutub meydanın ortasında qulağın kəsirlərmi, tutub meydanın ortasında, camaatın gözü qabağında döyürlərmi? Orda adamların fikir azadlığı varmı, sərbəst toplaşa bilirlərmi? Ümumiyyətlə, bu mədəniyyət varmı? Yəni, buna hökumət icazə verir, vermir bu ayrı məsələ, bu heç, söhbət hələ adamların bu mədəniyyətindən xəbərdar olub olmamasından gedir. Onlar ümumiyyətlə bu söhbətlərdən xəbərdardırlarmı? Adamların istirahət hüququ varmı? Deməli, respublika yox, necə respublika söhbəti daha önəmlidi.
Yaxınlarda Mark Tvenin bir məqaləsini oxudum. Məqalə "Kilsələrin yarısı boş qalıb" adıyla kultura.az saytına yerləşdirilib. Nə etməli? Reallıq budur ki, insanlarımız ciddi yazılara fikir vermirlər. Bəziləri özünü məsuliyyətdən azad etməkdən ötrü, ümumi axından kənarda qalmamaq üçün yazının ora-burasına baxır. Yazını paylaşır və özün tipa belə göstərir ki, söhbətlərin içindədi. Burda könül istər ki, bir mələk qəflətən onun başının üstündə peyda olub qəfildən qışqırsın: ey insan, kimi aldadırsan?
Burda yolu qısa getmək yoxdu. Burda yolu qısa getmək istəyəndə daha da dala düşürsən. Heç olmasa özün-özünü aldatma, özün-özünə qarşı səmimi ol. Adamların vaxta qarşı çox amansız münasibəti var. Əyləncə onları daha çox maraqlandırır. Bunu açıq demək lazımdır ki, sevgi nədir, qızla oğlan dostluq edə bilərmi, sevmədən ərə getmək olarmı kimi mövzularına daha çox reaksiya verirlər. Çünki bu axmaq mövzularda hərəsinin deyə biləcəyi bir iki düşük sözlər var. Halbuki bu adamlar azad olsalar, adət-ənənəni pozmaqdan qorxmasalar, öz obrazlarını atlasalarəqısa müddətdə cütləşə bilərlər. Hərə öz tayın tapar.
İnsanlar bəzən özləri özlərinə yaratdıqları obrazın qurbanına çevrilirlər. Bəlkə də öldürmək istəmir, amma ibtidai qanunlar öldür deyir, ya da elə birbaşa öldürməyi diqtə edir.
Ciddi yazıları oxuyan adamların sayı azdı. Adamlar öyrənmək, oxumaq, zəhmət çəkmək istəmirlər. Bu sosial şəbəkədən çıxıb o birisinə girirlər. Onlar virtual dünyada yaşayırlar, real dünyanı yaddan çıxarıblar. Təbiətin, yazın, yayın olduğunu az qala unudublar. Bəziləri virtual dünyayla real dünyanın əsrinə çevri-lib. Bir qulun iki ağası ola bilməz, bir insan da hər iki dünyada yaşaya bilməz.
Tiflisdə bir kafedə uşaqlar parol soruşdular. Qadın dedi ki, bizdə internet yoxdu. Yeməkdən həzz alın. Yoxsa, oturub telefonla oynasanız, yemək yaddan çıxacaq. Bilmirəm, tam gürcü müdrikliyi idi, yoxsa doğurdan belə düşünürdü, hər halda gözəl fikirdi. Adamlar gedirlər restorana və oturub telefonla oynayırlar, söhbət etmirlər bəzən. Edəndə də uşaq kimi bir-birlərinə telefonda şəkil-zad göstərirlər,əhansı oyunda neçə xal yığmaqlarından danışırlar. Söhbətləri də bu mövzularda olur. Heç kim mənəviyyat dünyasını genişləndirmək, vaxtı dəyərləndirib oxumaq, öz səviyyəsini yüksəltmək, öyrənmək istəmir. Ona görə ki, zəhmət çəkmək istəmir. Bir çoxları öz tənbəlliklərinə haqq qazandırmaq üçün hətta cığallıq edirlər. Belələri zənnimcə, təbii prosesə daha çox ziyan vururlar.
Mark Tvenin məqaləsində bir neçə maraqlı məqam vardı, amma bu məqamlar xüsusən diqqəti çəkir. Mark Tven deyir:
-Təfəkkürün üfüqlərini hansısa yolla genişləndirməyə, İnsanla Yaradan arasındakı münasibətlərin şərhində mərhəmətin yerini, təsirini artırmağa yönəlmiş istənilən cəhd hər zaman kilsə xadimlərinin qəti müqavimətilə qarşılaşıb.əAncaq tarix göstərir ki, bu müqavimət insan zəkasının ayin və ehkamların də-mir buxovlarından tədricən qurtulmasını heç cür əngəlləyə bilməyib; ən yuxarı nəticəsi həmin qurtuluşu bəzən azacıq ləngitmək olub.
Bütün oturuşmuş qaydalar, ayin və ehkamlar ruhun yüksəliş vasitələridir. Bu yüksəlişə xidmət etdikləri müddət ərzində onların var olmağa haqqı çatır. Ancaq öz xidmətini başa vurandan sonra onlar normal həyata və inkişafa mane olan daşlaşmış təzahürlərə çevrilir və artıq mövcudluq haqqını itirir.
Mənim fikrimcə, Məsihin ölümünə həddindən artıq əhəmiyyət verilib. İdeya uğrunda ölmək - bu, elə də nadir hadisə deyil. Hər bir dinin belə cəfakeşləri olub. İnsanlar zaman-zaman öz əqidələri naminə ölümə gediblər. İndinin özündə minlərlə gəncimiz Fransada eyni vəziyyətlə üz-üzədir. Bu baxımdan, Məsihin ölümü, "İncil"də hər nə qədər təsirli təqdim olunsa da, görünür, bəşər tarixində qeyri-adi dərəcədə əlamətdar bir hadisə - islahat uğrunda ölmək kimi əsaslı rola yiyələnməyib. Məsihin ölümünə if-rat dərəcədə çox, ömür yoluna isə bir o qədər az diqqət ayrılıb, halbuki həqiqi böyüklük və gerçək ibrət məhz bu sonuncudadır. Bu, elə bir ömür yoludur ki, hətta bizə gəlib çatmış ə məhdud rəvayətlərə görə də, onda gözəllikdən uzaq bircə cizgi də tapılmaz: özgələrə münasibətdə fitri dözümlülük, hər kəsi əhatə edən insaf, mərhəmət duyğusu, düşüncənin şərti genişliyi, nəcibanə cəsarət hesabına zənginləşmiş bir ömür yolu!
Doğurdan da elə bu gün də İsa peyğəmbərin çarmıxa çəkilməsindənəbəhs edən filmlər çəkilir, əsərlər yazılır. Yolundan danışan azdı. Halbuki İsa peyğəmbər çoxlu faydalı sözlər demişdi. Bizim ölkədə də bir xeyli adam müqəddəs şəxslər haqqında danışanda əsasənəqarşı tərəfi lənətləyir, qarşı tərəfin qəddar, zalım obrazını yaratmaq üçün daha çox vaxt sərf edirlər. Hörmət etdiyi şəxsin yaxşı tərəflərindən, yolundan danışamaq unudulur. Bu heç. İşin ənəfaciəli tərəfi odur ki, nümunə kimi götürülən adamın, mü-qəddəs şəxsin sözlərinə əməl olunmur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR