Şahin Mustafayev Heydər Babayevin daha bir «bazarı»nı aldı - ÖZƏL

img

16-07-2014 [05:25]


2012-ci ildə adı dəyişdirilən Qaradağ Sement Zavodunun ("Holcim-Azərbaycan” ASC) satış prosesi artıq iqtisadiyyat və sənaye naziri Şahin Mustafaayevin şəxsi nəzarətinə keçib. Daha dəqiqi, Şahin Mustafayev "Holcim-Azərbaycan” ASC-nin satış distribütorlarına tam sahiblənib. Artıq bütün distribütiorların fəaliyyəti Şahin Mustafayev tərəfindən tənzimlənir. Onlara nə qədər mal verilməsindən tutmuş, satış prosesinə qədər hər şey aylıq hesabat şəkilində şəxsən nazir Şahin Mustafayevə təqdim edilir. Bununla da həmin ASC-nin əcnəbi səhmdarlarının azərbaycanlı ortaqlarına kələk gəlmək şansları sıfıra endirilib. Şahin Mustafayev isə qeyri-rəsmi fəaliyyətinə görə hər ay bəlkə də milyonlarla pul qazanır.

 Bu barədə Mia.az-a sement satışı ilə məşğul olan iş adamlarından biri deyib ki, bu məsələ əvvəlki nazir Heydər Babayevin sərəncamında olub: «Ancaq 2012-ci ildən, yəni zavodun adı dəyişdiriləndən qısa müddət sonra Şahin Mustafayev tədricən bu sahəyə açıq nüfuz eləməyə başladı. Sizə dəqiq deyə bilərəm ki, artıq o, tikinti bazarının bu sektorundan sabiq nazir Heydər Babayevi tam sıxışdırıb, çıxardı. İndi satış distribütorlarının hamısı birbaşa Şahin Mustafayevə bağlıdır».

 Mənbə deyir ki, Bakının Qaradağ rayonunda yerləşən "Holcim-Azərbaycan” ASC-nin böyük istehsal gücü var: «Quru üsulla məhsul istehsal edən bu zavod nəinki Azərbaycana, hətta Cənubi Qafqaz regionunun sement bazarında ciddi yer tutur. 2011-2012-ci illərdə yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli sayılan zavodda quru üsulla sement istehsalı üçün yeni avadanlıqlar alındı. Bir sözlə, 2011-2012-ci illərdə zavodun yenidən qurulması məqsədiylə üç yüz milyon avro məbləğində zavoda yeni sərmayə qoyulub və bildirilir ki, həmin məbləğin böyük hissəsi  Şahin Mustafayevin tabeliyində olan Sahibkarlığa Kömək Milli Fondunun vəsaitidir. Məhz bu məsələdən sonra nazir Mustafayevin zavoda təsir imkanı yarandı və tədricən o, satış distribütorlarına nəzarəti ələ keçirməyə başladı. Hansı buna qədər həmin rəsmi distribütorlarının böyük əksəriyyəti Heydər Babayevə bağlı idi. İndisə vəziyyət tam dəyişib».

 Mia.az bildirilir ki, bu sahə Şahin Mustafayevin nəzarətinə keçdikdən sonra vəziyyət parakəndə satışla məşğul olanların əleyhinə çevrilib: «Artıq rəsmi distribütorlar topdan satışda yeni qiymət tətbiq etməyə başlayıblar. Bu isə bizim kimi, kiçik bizneslə məşğul olanların zərərinədir. Yəni bu prosesdən qazanan Şahin Mustafayevdir. Belə getsə, o, parakəndə satış bazalarını da sıradan çıxaracaq. Deyilənə görə, bununla o, bütün daxili bazara sahiblənməyi planlayıb».

 Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR