Polis rəisi təşkilat sədrini niyə küçə söyüşü ilə söyüb?

img

15-07-2014 [22:58]


Bir neçə gün öncə Müsavatın Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlunun polislər tərəfindən döyülməsi haqqında xəbər vermişdik. Hadisə nəticəsində təşkilat sədri dişlərinin sındırıldığın bildirir. Üstəlik, məhkəmə önünə çıxarılan Yusif Namazoğlu 200 manat cərimə olunub. Mətbuata açıqlamasında o, polis zorakılığına məruz qaldığını, təhqir olunduğunu deyib.

DİN Yusif Namazoğlunun səsləndirdiyi fikirlərə reaksiya verərək, onun fikirlərini əsassız hesab edib. Açıqlamada Yusif Namazoğlunun qanunu pozduğu, rəisin otağını dağıtdığı, onun barəsində prokurorluqda araşdırmaların davam etdiyi bildirilib. 

DİN-nin mövqeyi  ilə bağlı musavat.com-a açıqlama verən Yusif Namazoğlu da öz növbəsində qurumun fikirlərinin real olmadığını bildirib: "DİN-nin açıqlaması heç bir reallığı əks etdirmir. Hazırda Xocalı prokurorluğundan gəlirəm. Ərizə yazmağımı istədilər. Açığı, yazmaq istəmədim. Məsələnin böyüməsini istəmirəm. Xocalı prokurorluğunda məni hörmətlə qarşıladılar. Hər şeyi olduğu kimi dedim. Onlar da məsələni ciddi şəkildə araşdıracaqlarını bildirdilər. Vəkilim Nemət Kərimovla danışdım. O işin bağlandığını dedi. Ayın 21-nə kimi mənə cəriməmi keçirməklə bağlı vaxt qoyublar. Guya ki, polislərə qarşı hörmətsizlik etmişəm. Bunlar ağ yalandır. Sona qədər sözlərimin arxasındayam. Rövşən Əkbərov şəxsən öz otağında polislərin gözü qarşısında məni küçə söyüşləri ilə təhqir edərək, döyüb. DİN-in açıqlaması uydurmadır. Axıra qədər hüquqlarım uğrunda mübarizə aparacam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR