Zahid Orucdan qalmaqal yaradacaq – TƏKLİF

img

15-07-2014 [13:18]


Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin sayı azaldılmalıdır. Bunu AzNews.az-a açıqlmasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib. O bildirib ki, Azərbaycanda müdafiə sahəsində ciddi islahatların davam etdirilməsinə baxmayaraq, bu proses şəxsi heyətin sayında özünü ehtiva etmir.

Onun fikrincə, bununla bağlı qanuna yenidən baxılmalıdır:"Orduda şəxsi heyətin saxlanılması üçün küllü miqdarda vəsait xərclənir. Fikrimcə, daha ciddi mobil ordunun qurulmasına ehtiyac var. Bu, həm də xərclərin daha az olmasına gətirib çıxarar. Təbii ki, bu cür təklifdən sonra bəzi şəxslər məni qınayacaqlar və əsasən ölkəmizin müharibə şəraitində olmasını misal çəkəcəlklər. Lakin bəllidir ki, istənilən müharibədə yalnız mobil ordunun qalib gəlmə şansı yüksəkdir. Dünyanın əksər ölkələri xüsusən də qərb dövlətləri, məcburi çağırışla olan ordudan, mobil silahlı birləşməyə keçir. İlkin dövrdə buna küllü miqdarda vəsait tələb edilməsinə baxmayaraq, Azərbaycanda da yaxşı təhciz edilmiş mobil orduya keçidin vaxtıdır”.

Deputat vurğulayıb ki, orduda şəxsi heyətin sayının çoxluğundansa, daha effektli hərbi birləşmələrin formalaşdırılmasına ehtiyac var.

Digər xəbərlər
SON XƏBƏRLƏR